son dəqiqə SON DƏQİQƏ
"Şəfa" yoldaşlıq matçına çıxacaq Daha bir milli komandamızın heyəti və oyunlarının təqvimi açıqlandı "Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir

Bu məsələni həll etmək üçün "Karvan"a 1 milyon lazımdır - AÇIQLAMA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 30-05-2025, 16:38

Bu mövsüm I Liqadan Premyer Liqamıza 3 klub yüksəlib: "Qəbələ","Karvan və "İmişli".

Sadalananların içərisində 1 klubda infrastruktur yaxşı vəziyyətdədir. Söhbət "Qəbələ"dən gedir. Bu məsələ ilə bağlı AFFA "İmişli" və "Karvan"a 1 illik möhlət verib.

Görəsən, bu klublardan hansı qarşıya qoyulan məqsədləri daha tez yerinə yetirəcək? Sualımızı Emil Şükürbəyliyə ünvanladıq. Tanınmış agent Sport1.az-a açıqlamasında məsələ ilə bağlı bunları söylədi:

"Bu mövzu əslində proqnoz olduğu üçün biraz qəlizdir. "İmişli"dən fərqli olaraq, "Karvan"ın stadionu və bazası özünə məxsusdur. Bu mövsüm Yevlax təmsilçisinə rekonstruksiya üçün 5 yüz min və ya 1 milyon manat lazım olacaq. "Karvan" keçmiş günlərinə qayıtmaq istəyirsə, kisənin ağzını açmalıdır. "İmişli"də isə hələ də stadion icarəsi və ot örtüyü kimi problemlər davam edir. Lakin, klub rəhbərliyi bu mövzunu həll etmək niyyətindədir. Hər iki problem ortaq olsa da, həll yolları bəsit və bir az fərqlidir."

E. Şükürbəyli 2025/26 mövsümündə hansı klubun daha uğurlu olacağından da bəhs etdi:

"Söhbət "Karvan" və "İmişli"dən getsə də, digər 10 klubu yaddan çıxartmamalıyıq. Bu mövsümə nəzər yetirsək, "Səbail"in büdcəsi "Kəpəz" və "Şamaxı"dan çox olsa da, sonda Premyer Liqanı tərk etdilər. Bu da büdcədən daha çox transfer və düzgün idarəetmə ilə bağlıdır. Hər iki klubun heyətində Premyer Liqa üçün çatışmazlıqlar var. Hansı klub bu mövzuda düzgün addımlar atarsa, sözsüz ki, daha uğurlu məhz həmin kollektiv olacaq."

EMİN ZEYNALLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR