son dəqiqə SON DƏQİQƏ
"Şəfa" yoldaşlıq matçına çıxacaq Daha bir milli komandamızın heyəti və oyunlarının təqvimi açıqlandı "Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir

“Neftçi” rəhbərliyindən Samir Abasova dəstək

Bölmə adı Premyer Liqa
Yayımlandı 30-05-2025, 12:14

“Neftçi” Müşahidə Şurasının nümayəndələri ilə baş məşqçi Samir Abasov, baş icraçı direktor Cenk Sümer, idman və maliyyə departamentlərinin iştirakı ilə bu həftə keçirilən iclaslarda mövsümün nəticələri müzakirə edilib.

Sport1.az xəbər verir ki, baş icraçı direktor klubun illik fəaliyyəti haqqında Müşahidə Şurasına məlumat verib, baş məşqçi, maliyyə direktoru və idman departamentinin hesabatları dinlənilib.

Müşahidə Şurası komandanın nəticələrindən ciddi narazılığını dilə gətirib, mövsümün yekunlarını qəbuledilməz kimi qiymətləndirib. Eyni zamanda seleksiya işlərindəki mövcud nöqsanlar da müzakirə edilib.

Bununla belə, Müşahidə Şurası Samir Abasova tam dəstək nümayiş etdirib və klubun digər şöbələrinə baş məşqçinin komanda quruculuğu ilə bağlı istəklərinə uyğun transfer strategiyasının həyata keçirilməsi üçün hər cür dəstəyin verilməsini tapşırıb.

Samir Abasovun qarşısında ölkənin ən köklü klubu olan "Neftçi"nin adına layiq güclü, ən yüksək hədəflər uğrunda mübarizə aparacaq komandanın qurulması və qısa müddətdə bu istiqamətdə ilk addımların atılması tələb kimi qoyulub. Müşahidə Şurası bu yolda Samir Abasova hər cür dəstək göstərəcəyini bildirib.

Eyni zamanda baş məşqçi, Baş İcraçı Direktor və idman departamentinə komanda quruculuğu prosesinin hazırda davam edən və klubun büdcəsinin müəyyən hissəsini əhatə edən genişmiqyaslı infrastruktur layihələrinin icrasına mənfi təsir göstərməməsi tapşırığı verilib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR