son dəqiqə SON DƏQİQƏ
"Şəfa" yoldaşlıq matçına çıxacaq Daha bir milli komandamızın heyəti və oyunlarının təqvimi açıqlandı "Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir

Bəhlul Mustafazadə "Qəbələ"yə qayıdır? - Klub rəsmisi AÇIQLADI

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 27-05-2025, 21:18

“Qəbələ”nin idman direktoru Səbuhi Səfiyarlının Sport1.az-a müsahibəsi...

- “Qaradağ Lökbatan”ı 3:0 hesabı ilə məğlub edərək mövsümü qələbə ilə başa vurdunuz...
- Elitaya vəsiqəni və çempionluğu əvvəlcədən rəsmləşdirsək də, hər oyuna qalibiyyət üçün çıxırdıq. “Qaradağ Lökbatan” ilə qarşılaşmada da qalib gəlməklə mövsümü müsbət notlarla tamamladıq. Artıq növbət “futbol ili”nin hazırlıqlarını başlmalıyıq.

- İndiki heyətdən göndərilənlər çox olacaq?
- Komandanın böyük əksəriyyəti qalacaq. Onların sırasında öz akademiyamızın yetirmələri də var. Amma gücləndirməli olduğumuz mövqelər də var. O barədə düşünürük.

- Daxili, yoxsa xarici bazara üstünlük verəcəksiniz?
- Kompleks olaraq seleksiya işlərimiz davam edir. Daxili bazara da göz gəzdirmişik. Daha çox xaricdən futbolçu transfer etməyə maraqlıyıq. Daxili bazardan yerli-əcnəbi olmaqla maksimum iki oyunçu cəlb edə bilərik.

- Qəbələ akademiyasının bəzi təcrübəli yetirmələri, o cümlədən Bəhlul Mustafazadənin “qırmızı-qaralar”ın sırasında yer alacağı deyilir...
- Əlbəttə ki, klubumuzun yetirməsi olan futbolçuları sıralarımızda görmək xoş olar. Amma Bəhlul Mustafazadə siyahımızda yoxdur. Onun futbolçu kimi iddiaları, transfer dəyəri və s. bizim şərtlərimizlə üst-üstə düşmür. Bəhlul bizim maraqlandığımız oyunçular sırasında deyil. Bilmirəm bu söhbətləri kim ortaya atıb...

- Gələn mövsüm Premyer Liqada 12 komanda mübarizə aparacaq. Çempionatın daha da rəqabətli olacağını düşünürsüzmü?
- Hesab edirəm ki, gələn il daha gərgin və maraqlı güclülər dəstəsi görəcəyik

MİRZƏ S

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR