son dəqiqə SON DƏQİQƏ
"Şəfa" yoldaşlıq matçına çıxacaq Daha bir milli komandamızın heyəti və oyunlarının təqvimi açıqlandı "Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir

Elmar Baxşıyev: “Dəyişikliklər olacaq”

Bölmə adı Premyer Liqa
Yayımlandı 27-05-2025, 15:28

“Rəhbərliklə görüşdük, həm başa çatan mövsümü müzakirə etdik, həm də yeni futbol ili ilə bağlı fikirlərimizi bölüşdük”.

Sport1.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev deyib.

Mütəxəssis klubla yeni müqavilə imzaladıqdan sonra fikirlərini klubun mətbuat xidmətinə açıqlayıb:

“Danışıqlar uğurlu alındı və “Araz-Naxçıvan” layihəsində işimi davam etdirmək qərarına gəldim. Daha yaxşı komanda qura, nəticələrimizi inkişaf etdirə bilərik. Komanda başa çatan mövsümdə həqiqətən böyük iş gördü. Çətinliklərə baxmayaraq, tarixində ilk dəfə medalçılar sırasına düşdü, avrokuboklarda oynamaq imkanı qazandı. Ortaq məxrəcə gəldik ki, bu uğurlu qrafiki birgə davam etdirək. Şərtlər qane etdiyinə görə, yeni müqavilə imzaladıq”.

Baxşıyev qarşıdakı planlara da toxunub:

“Əlbəttə, bizi daha çətin və məsuliyyətli bir futbol ili gözləyir. Artıq planlar məlumdur. Komanda 2 mərhələdən ibarət hazırlıq keçəcək. Əvvəlcə Bakıda toplaşacağıq. Həmin vaxta qədər komandanı komplektləşdirməyə çalışacağıq. Heyətimizdə dəyişikliklər olacaq. Ayrılanlarla bərabər, yenilər də gələcək. Bununla bağlı zamanla məlumat veriləcək. Axtarışlarımız başlayıb. Türkiyədə isə yoxlama oyunları keçirməklə çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Sparrinq-rəqiblərimiz qarşıdakı günlərdə məlum olacaq”.

Qeyd edək ki, “Araz-Naxçıvan”la Baxşıyev arasında 1 illik müqavilə imzalanıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR