son dəqiqə SON DƏQİQƏ
"Şəfa" yoldaşlıq matçına çıxacaq Daha bir milli komandamızın heyəti və oyunlarının təqvimi açıqlandı "Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir

Vaqner Lav Azərbaycan klubuna təklif olundu

Bölmə adı Premyer Liqa
Yayımlandı 22-05-2025, 09:18

ÇSKA-nın sabiq qolkiperi Vladimir Qabulov maraqlı açıqlama ilə diqqət çəkib.

Sport1.az xəbər verir ki, "Sovetskiy Sport" nəşrinə danışan mütəxəssis "Sabah"ın baş məşqçisi Vasili Berezutskiyə komandanın heyətini Vaqner Lav ilə gücləndirməyi təklif edib:

"Mən virtual müqayisələrin tərəfdarı deyiləm. Adekvat şərtlərlə yaşamaq lazımdır. Akinfeyev hələ də ÇSKA-nı gücləndirir. Vaqner Lav da əla formadadır. Bütün komandamız Vasya Berezutskini inandırmağa çalışır ki, Vaqneri komandana götür. O, səni çempion edəcək".

Qeyd edək ki, hazırda 40 yaşı olan futbolçu karyerasını ölkəsində davam etdirir. Hücumçu B Seriyası təmsilçilərindən "Avai"də top qovur. Forvad bu mövsüm 17 qarşılaşmada meydanda olub. Bu görüşlərdə 2 qol vurub, 2 məhsuldar ötürmə edib.

Maraq üçün bildirək ki, Lav karyerası ərzində ÇSKA, "Flamenqo", "Monako", "Alanyaspor", "Beşiktaş", "Kayrat" kimi klublarda çıxış edib.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR