son dəqiqə SON DƏQİQƏ
Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı "Azərbaycanda klub səviyyəsindəki nəticələr milli səviyyəsində yoxdur"

Mutsinzi "Zirə"nin əsas hədəfini açıqladı - MÜSAHİBƏ

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 17-05-2025, 11:21

"Zirə"nin üzvü Ange Mutsinzinin Sport1.az-a müsahibəsi...

- Çətin səfərdə vacib qələbə qazandınız. "Səbail"i 1:0 hesabı ilə məğlub etdiniz. Matçla bağlı fikirlərin maraqlıdır...
- Oyun asan keçmədi. Daha yaxşı nəticə əldə edə bilərdik. İlk hissədə rəqibin təzyiqi olsa da, fasilədən sonra bu problemi aradan qaldırdıq.

- "Zirə" avrokuboklara vəsiqəni təmin edib. Gələn mövsüm beynəlxalq turnirlərlə bağlı hədəfiniz nədir?
- Avropaya vəsiqə qazanmağımız yaxşı uğur kimi sayıla bilər. Amma təkcə bununla kifayətlənə bilmərik. Avropa Liqasının və ya Konfrans Liqasının əsas mərhələsində iştirak etmək hədəfimizdir.

- Son iki turda "Sabah" və "Araz-Naxçıvan"la qarşılaşacaqsınız. Bu oyunlar haqqında nə deyə bilərsən?
- Matçlara hazırlığımız həmişəki kimi olacaq. Hazırda heç bir dəyişiklik yoxdur. Demək olar ki, bu il ən yaxşısı üçün əlimizdən gələni etdik. Əziyyətimizin bəhrəsini gördük və böyük nailiyyət əldə etdik.

- Azarkeşlər barədə nə düşünürsən?
- Əlbəttə ki fanatların dəstəyi hər oyunda motivasiyamız üçün ən böyük amildir. Onlar ev və ya səfər fərq etmədən hər matç bizimlədirlər. Bizə çox böyük ruh yüksəkliyi verirlər. Onlara buradan bu il verdikləri dəstəyə görə sonsuz təşəkkür edirəm.

EMİN ZEYNALLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR