son dəqiqə SON DƏQİQƏ
Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı "Azərbaycanda klub səviyyəsindəki nəticələr milli səviyyəsində yoxdur"

Qurban Qurbanov: “Danışıqlarımızı davam etdiririk”

Bölmə adı Premyer Liqa
Yayımlandı 11-05-2025, 22:30

Bu gün Misli Premyer Liqasının 34-cü turunda "Qarabağ" "Araz Naxçıvan"ı 2:0 hesabı ilə məğlub edib.

Sport1.az xəbər verir ki, oyundan sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Texniki səhvlər çox oldu. Amma ümumən yaxşı diqqət, konsentrasiya var idi. Qələbə qazanmaq istəyirdilər. Razı qaldım. Futbolçularımın oyuna yanaşmasından razı qaldım. Bəzi oyunçular oyun ritmindən uzaq idilər. Amma 90 dəqiqə qalib gəlmək üçün xeyli güc sərf etdilər. Rəqibə uğurlar arzu edirəm.

- Yerli bazardan legioner transferi etmək istəyirsiz?

- Yerli çempionatımızda yaxşı legionerlər var. Mənim diqqətimi cəlb edənlər var. Amma əfsuslar olsun ki, özləri o oyunçular özləri öz komandalarının aparıcı oyunçularıdır. Ona görə bir o qədər buna ciddi yanaşmırıq. Bəzən inam olur, gözləyirsən. Sonda alınmayanda, gec olur. Daha çox kənardan istəyirik ki, oyunçu dəvət edək. Hər bir halda, daim hər bir legionerin oyunun nəzərimizdə saxlayırıq. Sadəcə klublar elə formalaşıb ki, klub rəhbərləri ilə münasibətimiz var və bəzən danışırıq və onlar deyir ki, bizim oyunçulara dəyməyin(gülür). Ona görə bu məsələ inandırıcı görünmür.

- Tahir Gözəl bildirib ki, kubok bitdikdən sonra transferlərlə bağlı Qurban Qurbanovla oturub transferlərlə bağlı danışacağıq...Bu haqda fikriniz necədir?

- Yekun olaraq ətraflı müzakirə edirik sonda. Amma ümumi iş rejimimizi saxlamırıq ki, sezon sonundan sonra başlayacağıq. Rahat proses deyil. Mütləq şəkildə işimizi, danışıqlarımızı davam etdiririk.

- Müqaviləsi bitən və danışıq apardığınız oyunçularla yenilik var?

- Hələ qəti heç nə yoxdur ki, kimləsə razılaşdıq. Amma yenə vaxtımız var. Diqqətimizi qarşıdakı oyunlara yönəltmişik.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR