son dəqiqə SON DƏQİQƏ
Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı "Azərbaycanda klub səviyyəsindəki nəticələr milli səviyyəsində yoxdur"

Elmar Baxşıyev: “Çox zəif oynadıq”

Bölmə adı Premyer Liqa
Yayımlandı 11-05-2025, 22:20

Bu gün Misli Premyer Liqasının 34-cü turunda "Qarabağ" "Araz Naxçıvan"ı 2:0 hesabı ilə məğlub edib.

Sport1.az xəbər verir ki, oyundan sonra "Araz Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb:

- Oyun barədə çox danışa bilməyəcəm. Çox zəif oynadıq. "Qarabağ" bizdən qat-qat üstün və istəkli idi. İki oyunumuz qalıb. Qarşıdakı günlərdə daha düzgün yanaşıb, düzgün istiqamət verib, iki oyunu düşünməliyik.

- Ramon Maçadonu əvəzləməyiniz nə ilə əlaqədardır?

- Maçado da bu oyun ən zəif oyunu göstərdi. Limitə girdiyindən gələn oyunu da düşündük. Komanda olaraq zəif oynadıq. Onu da qəbul etmək lazımdır. Rəqib bizdən üstün idi.

- "Şamaxı" ilə oyunda üçüncü yeri rəsmiləşdirə biləcək?

- Hər şey özümüzdən asılıdır. Çalışacağıq ki, komanda olaraq toparlanıb, istəyimizə çataq.

- Qələbəyə sizin daha çox ehtiyacınız var idi. Amma rəqib daha çox istəkli görünürdü. Səbəb nə idi?

- Belə olur. Səbəbi axtarsaq, dərinə gedəcəyik. Hər şey təsir edə bilər. Bir az rahatçılıq var idi. Onu da gizlətmək mümkün deyil. Dünənki oyunun nəticəsi də futbolçulara təsir etmişdi. Bu oyun bir silkələnmə olacaq və müsbət təsir edəcək.

- "Araz-Naxçıvan" növbəti mövsüm ev oyunlarını Naxçıvanda keçirə biləcək?

- Bilmirəm.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR