son dəqiqə SON DƏQİQƏ
"Neftçi" "Kəpəz"i məğlub etdi, turnir cədvəlində lider oldu ● Azərbaycan Basketbol Liqası: "Ordu" "Sabah"a məğlub olub ● "Bu futbolçular və "Kəpəz" yarışa rəng qatmağa davam edəcək" ● "Neftçi" o futbolçu ilə boş yerə 3 illik müqavilə imzalamayıb" ● "Turan Tovuz" "Qarabağ", "Neftçi" "Kəpəz"i məğlub etdi ● "Qarabağ" "Zəfər turu"nda uduzdu ● "Futbolçuların məsuliyyətindən və oyuna yanaşmasından razı qaldım" ● "Bu sualı klubun prezidentinə ünvansalasanız, daha yaxşı olar" ● "Neftçi" - "Kəpəz": ● Super Liqa: Qadınların yarışında yeni mövsümə start verilib ● Millimiz mundialın qalibi oldu ● "Milli forma ilə keçirdiyim bu illərə qürurla və minnətdarlıqla baxıram" ● "Qarabağ" - "Turan Tovuz": ● Yevlaxda Vüqar Həsənlini yormadılar ● Reda Xadra "Qarabağ"a gəldikdən sonra karyerasında bir ilki yaşadı ● Mərkəzi görüşdə 4 qol vuruldu, bombardir yenə fərqləndi ● "Xankəndi"nin üzvü mükafatlandırıldı ● "Kəpəz" Bakıda "Neftçi"ni məğlub edə bilmir ● Denis növbəti dəfə milliyə çağırıldı ● DÇ: Azərbaycan milli komandasının Latviya ilə matçının ● Həkimi olmayan aşağı liqa təmsilçi bu məbləğdə cərimə ödəməli olacaq ● II Liqa: Təcili Tibbi Yardım avtomobili stadiona gec gəldi, klub cərimələndi ● Azərbaycan klubunda yeni çalışdırıcı ● "Gəncəbasar"da yeni prezident ● "Səbail" bu öhdəlikləri pozdu ● Bölgə təmsilçisi xərəkdaşıyanlara görə cərimə ödəyəcək ● Oyuna çıxmayan I Liqa klubunun cəzası açıqlandı ● Azərbaycan millisinin bu iki oyun üçün heyəti açıqlandı ●

"Bu futbolçular və "Kəpəz" yarışa rəng qatmağa davam edəcək"

Bölmə adı Kəpəz
Yayımlandı Dünən, 22:41

"Kəpəz" Misli Premyer Liqasının 11-ci turunda "Neftçi"yə uduzub - 0:1.

Sport1.az xəbər verir ki, "sarı-göylər"in çalışdırıcısı Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında iştirak edib:

"Xalqımızı qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik edirəm. Şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə isə sağlamlıq arzulayıram. Oyuna gəldikdə, bilirdik ki, "Neftçi"yə qarşı oynayırıq, bizim əzəli rəqibimizdir. Çempionatın liderinə qarşı oynayırdıq. Futbolçular çalışdılar. Bu gün bura məğlub olmaq üçün gəlməmişdik. Burada xal və ya xallar götürmək istəyirdik. Təəssüf ki, uduzduq. Futbolçulara hər şeyə rəğmən təşəkkür edirəm. Millimizə uğurlar arzulayıram. Milli fasilədə daha çox çalışmalıyıq. Düşünürəm ki, çempionatımıza bu futbolçular və "Kəpəz" rəng qatmağa davam edəcək".

- Benitonun fasilədə əvəzlənməsi nə ilə əlaqədardır?

- Birinci hissəyə 4-2-3-1 sxemi ilə başlamışdıq. Gördük ki, "Neftçi"nin cinahları daha aktivdir. Düşündük ki, ikinci hissədə sxemdə dəyişiklik edək və 4-5-1 sistemi ilə oynayaq. Taktiki əvəzetmə etdik.

- David Domqjoninin olmaması oyuna necə təsir etdi?

- Bəli, onun olmaması bizim üçün itki idi. Amma qeyd etmək istəyirəm ki, onun əvəzinə Ürfan Abbasov oynayırdı. İlk dəfə deyildi ki, Ürfan bu mövqedə oynayırdı. O da layiqincə işinin öhdəsindən gəldi. Ürfana da o cür oynadığı üçün təşəkkür edirəm.

- Növbəti turda "Qarabağ"a qarşı oynayacaqsınız. Bu oyun haqda nə düşünürsünüz?

- "Qarabağ"la oyunu komandam üçün 3 xal kimi görürəm. Düzdür, çox çətin oyun olacaq. Amma biz doğma şəhərimizdə oynayacağıq. Bu gün özünüz də gördünüz ki, azarkeşlərimiz bizi burada da tək qoymamışdılar. Razıyam ki, futbolda məğlubiyyət də var. "Qarabağ"la oyuna da qələbə üçün çıxacağıq.

- Namik Ələskərov milliyə dəvət edildi. Onun haqda fikriniz necədir?

- Namik nə qədər sevinirsə, mən ondan daha çox sevinirəm. 5 il idi, "Kəpəz"dən heç kim milliyə dəvət edilmirdi. Bu, onun zəhmətinin bəhrəsidir. "Zirə"dən "Kəpəz"ə gəldi. Halbuki "Zirə" yuxarı yerlərə oynayır, "Kəpəz" Premyer Liqada qalmağa. Bu addım bir futbolçu üçün elə-belə addım deyil. Namikin gəlib Gəncədə çəkdiyi əziyyətin və komanda yoldaşlarının çəkdiyi əziyyətin bəhrəsidir. Ona uğurlar arzulayıram. Allah qoysa, yaxşı çıxış edər.

- Sizcə, gəncəli futbolçu milliyə nə vaxt dəvət ediləcək?

- Gəncəli futbolçuların milli komandamıza dəvət edilməsi üçün Qərb zonasında akademiyada köklü dəyişikliklər lazımdır. Strategiya və struktur qurmaq lazımdır. Nə vaxta kimi həmin şey olmayacaq, çətin olacaq ki, gəncəli futbolçu millimizdə oynasın.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR