Misli Premyer Liqasının lideri "Neftçi" "Palms Sports Arena"da növbəti ev matçına çıxacaq.
Sport1.az xəbər verir ki, "ağ-qaralar" bu dəfə cari mövsümdə uğurlu seriyaya imza atan "Kəpəz"i qəbul edəcək.
Duelin favoriti paytaxt təmsilçisidir. Buna baxmayaraq, Azər Məmmədovun komandasının Bakı klubuna asan təslim olacağı gözlənilmir.
Tarixə nəzər salsaq, bu kollektivlər Azərbaycan çempionatlarında ümumilikdə 66 dəfə üz-üzə gəliblər. Bunların 33-də "Neftçi", 21-də "Kəpəz" meydandan qələbə ilə ayrılıb. 12 qarşılaşmada tərəflər heç-heçəyə razılaşıblar. Topların ümumi nisbətində paytaxt klubunun böyük üstünlüyü var - 111:66.
"Neftçi" doğma meydanda keçirilən görüşlərdə də aşkar üstünlüyə malikdir. Bakıda baş tutan 32 oyunun 20-də "ağ-qaralar", 5-də gəncəlilər qələbə qazanıb, 7 matçda isə heç-heçə qeydə alınıb. Bu statistika üzrə qolların nisbətində də paytaxt təmsilçisi böyük fərqlə öndədir - 64:25.
Maraq üçün bildirək ki, "Neftçi" "sarı-göylər"lə keçirdiyi son 3 oyunun hamısında qalib gəlib. Gəncə təmsilçisi isə ardıcıl 11 səfər matçıdır ki, meydandan qələbəsiz ayrılır.
"Neftçi" - "Kəpəz"
Hakimlər: Rəşad Əhmədov, Kamran Bayramov, Teymur Teymurov, Niyaz Əhmədov
VAR hakimi: Əli Əliyev
Köməkçu VAR hakimi: Zöhrab Abbasov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Bakı. “Palms Sports Arena". Saat 20:00.