son dəqiqə SON DƏQİQƏ
"Şəfa" "Araz-Naxçıvan"la heç-heçə etdi, "Zirə" "Qəbələ"ni qəbul edir ● Azərbaycan millisinin heyəti və oyunlarının təqvimi açıqlandı ● Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib ● "Şəfa" - "Araz-Naxçıvan": ● "Sabah"dan NTD-yə ● Günün oyunları: ● UEFA Millətlər Liqası: Yığmamızın oyunlarının vaxtı müəyyənləşib ● ABL: "Neftçi" NTD ilə qarşılaşır ● "Biz doğma azarkeşlərimizin önündə daha yaxşı oynayırıq" ● "Çox şadam ki, beynəlxalq karyeramı bu cür bir nailiyyətlə başa vururam" ● "Bu cür futbolçuya sahib olduğumuz üçün "Neftçi" adına çox qürurluyuq" ● "Kəpəz" bu dəfə də "Neftçi" ilə səfər oyunundan evə əliboş dönür ● Super Liqa: "Xilasedici" rahat, "Neftçi" çətin qələbə qazanıb ● "Neftçi" "Kəpəz"i məğlub etdi, turnir cədvəlində lider oldu ● Azərbaycan Basketbol Liqası: "Ordu" "Sabah"a məğlub olub ● "Bu futbolçular və "Kəpəz" yarışa rəng qatmağa davam edəcək" ● "Neftçi" o futbolçu ilə boş yerə 3 illik müqavilə imzalamayıb" ● "Turan Tovuz" "Qarabağ", "Neftçi" "Kəpəz"i məğlub etdi ● "Qarabağ" "Zəfər turu"nda uduzdu ● "Futbolçuların məsuliyyətindən və oyuna yanaşmasından razı qaldım" ● "Bu sualı klubun prezidentinə ünvansalasanız, daha yaxşı olar" ● "Neftçi" - "Kəpəz": ● Super Liqa: Qadınların yarışında yeni mövsümə start verilib ● Millimiz mundialın qalibi oldu ● "Milli forma ilə keçirdiyim bu illərə qürurla və minnətdarlıqla baxıram" ● "Qarabağ" - "Turan Tovuz": ● Yevlaxda Vüqar Həsənlini yormadılar ● Reda Xadra "Qarabağ"a gəldikdən sonra karyerasında bir ilki yaşadı ●

"Neftçi" o futbolçu ilə boş yerə 3 illik müqavilə imzalamayıb" - Vernidub

Bölmə adı Neftçi
Yayımlandı 6-11-2026, 22:29

"Neftçi" Misli Premyer Liqasının 11-ci turunda "Kəpəz"i məğlub edib - 1:0.

Sport1.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Yuri Vernidub matçdan sonra keçirilən mətbuat konfransında iştirak edib:

"Zəfər bayramı münasibətilə hamını təbrik edirəm. Azərbaycanda hər zaman sülh olsun. İnsanlar xoşbəxt yaşasınlar. İstəyirəm ki, Ukrayna da bir gün azad olsun. Bu günü görməyi çox istəyirəm. Bir daha ən xoş arzularımı hər birinizə ünvanlayıram".

- Uğurlu əvəzetməniz qələbədə rol oynayır. Bu təsadüfdür, yoxsa öncədən planlaşdırılır?

- Meydana çıxan oyunçuların nəticə verməsinə sevinirəm. Bu məqam ehtiyat oyunçularımızın çox yaxşı vəziyyətdə olduğunu göstərir. Oyundan öncə də Şkribekə də bildirdim ki, sonradan forma şansı qazanacaq. Dincəlməsi üçün ona vaxt verdik. Məşqdə çox yorulmuşdu. Hər oyundan əvvəl kimin əsas, kimin sonradan meydana çıxacağını müəyyənləşdiririk. Bizim komandada çox gözəl rəqabət var. Mən buna sevinirəm.

- Emil Səfərovla söhbətiniz diqqət çəkdir. Oynamadığı üçün narazı idi?

- Bu, bizim daxili məsələmizdir. Hər şey yaxşı olacaq. Onunla mütəmadi söhbətlər edirik. Əvvəlki çempionatda olan Səfərovu qazanmaq istəyirik. Bunun gerçəkləşəcəyinə tam əminəm. "Neftçi" onunla boş yerə 3 illik müqavilə imzalamayıb. Bizə lazım olan futbolçudur.

- "Araz-Naxçıvan"la oyun Şamaxıda baş tutacaq. Süni örtüklü meydançadan futbolçular narazılığını bildirirlər?

- Hamı həmin meydanda oynayır. Tək biz yox. Orada qorxulu heç nə yoxdur. Ən yuxarı pillələrdə olmaq üçün bunu etməliyik. Səhv etmirəmsə, Azərbaycanda 2 süni örtüklü meydança var.

- "Neftçi"də milliyə yollanan cəmi 2 legioner futbolçu var. Bu məqam məşq prosesi cəhətdən sizin üçün üstünlükdür?

- Yığmada oynamaq böyük fəxrdir. Bu, həmin futbolçuların səviyyəsi haqda çox şey var. 2 yox, 3 futbolçumuz milli komandalarda oynayacaq. Həmin futbolçulara görə çox sevincliyəm. Sadəcə özlərinə də bildirdim ki, zədə almadan qayıtsınlar. Qalib olmaq üçün çalışsınlar. Azərbaycan millisinin qrupda ilk pilləni tutmasını istəyirəm.

- Emin Mahmudov son vaxtlar az şans qazanır. Bu gün millidəki karyerasını da başa vuracaq...

- O, Azərbaycanda ən yüksək pillədə olan futbolçulardandır. Uzun müddətdir yığmada oynayır. Eyni zamanda, "Neftçi"nin açar oyunçularındandır. Komandamızda da çox forma geyinib. Emin özü ilə bağlı qərarları vermək potensialdadır. Ağır qərardır. Lakin həyatda bunlar olur. Öz komandasına daha çox vaxt ayıra biləcək. İllər keçdikcə yaşlanırıq. Yaş həmişə öz sözünü deyir. Onun "Neftçi"də daha çox oynamasını istərdim. Buna layiqdir. Emin oyunçularla münasibətdə mənə çox kömək edir. Əsl kapitan kimi rolunu icra edir. Bir-birimizlə çox səmimiyik. Hamı bunu görür. Mən də bundan çox məmnunam. Eminin canının sağlam olmasını istərdim.

- Emin futboldan getsə, onun bu yöndə olan fikrini dəyişdirməyə çalışacaqsınız?

- O, ömrünü "Neftçi"yə fəda edib. Əgər elə bir qərar alsa, klubda qalıb çalışa bilər. Emindən çox yaxşı məşqçi olar. O, öz adını klubun tarixinə qızıl hərflə yazıb.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR