son dəqiqə SON DƏQİQƏ
"Neftçi" "Kəpəz"i məğlub etdi, turnir cədvəlində lider oldu ● Azərbaycan Basketbol Liqası: "Ordu" "Sabah"a məğlub olub ● "Bu futbolçular və "Kəpəz" yarışa rəng qatmağa davam edəcək" ● "Neftçi" o futbolçu ilə boş yerə 3 illik müqavilə imzalamayıb" ● "Turan Tovuz" "Qarabağ", "Neftçi" "Kəpəz"i məğlub etdi ● "Qarabağ" "Zəfər turu"nda uduzdu ● "Futbolçuların məsuliyyətindən və oyuna yanaşmasından razı qaldım" ● "Bu sualı klubun prezidentinə ünvansalasanız, daha yaxşı olar" ● "Neftçi" - "Kəpəz": ● Super Liqa: Qadınların yarışında yeni mövsümə start verilib ● Millimiz mundialın qalibi oldu ● "Milli forma ilə keçirdiyim bu illərə qürurla və minnətdarlıqla baxıram" ● "Qarabağ" - "Turan Tovuz": ● Yevlaxda Vüqar Həsənlini yormadılar ● Reda Xadra "Qarabağ"a gəldikdən sonra karyerasında bir ilki yaşadı ● Mərkəzi görüşdə 4 qol vuruldu, bombardir yenə fərqləndi ● "Xankəndi"nin üzvü mükafatlandırıldı ● "Kəpəz" Bakıda "Neftçi"ni məğlub edə bilmir ● Denis növbəti dəfə milliyə çağırıldı ● DÇ: Azərbaycan milli komandasının Latviya ilə matçının ● Həkimi olmayan aşağı liqa təmsilçi bu məbləğdə cərimə ödəməli olacaq ● II Liqa: Təcili Tibbi Yardım avtomobili stadiona gec gəldi, klub cərimələndi ● Azərbaycan klubunda yeni çalışdırıcı ● "Gəncəbasar"da yeni prezident ● "Səbail" bu öhdəlikləri pozdu ● Bölgə təmsilçisi xərəkdaşıyanlara görə cərimə ödəyəcək ● Oyuna çıxmayan I Liqa klubunun cəzası açıqlandı ● Azərbaycan millisinin bu iki oyun üçün heyəti açıqlandı ●

Mərkəzi görüşdə 4 qol vuruldu, bombardir yenə fərqləndi - ŞƏRH

Bölmə adı I Liqa / Manşet
Yayımlandı Dünən, 16:20

I Liqanın 7-ci turunda "Səbail" "Gəncəbasar"ı qəbul etdi.

Sport1.az xəbər verir ki, "Bank Respublika Arena"da keçirilən qarşılaşma olduqca maraqlı alındı.

Turun mərkəzi görüşündə ilk təhlükəli hücum qonaqlardan gəldi. Açemi əks-hücum zamanı topu qapıdan keçirə bilmədi. Bunun qarşılığında isə meydan sahibləri hesabı açdılar. Sol cinahdan irəliləyən Yan Saidin ötürməsini Samuel Nonqoh qapıdan keçirdi.

Qoldan sonra "Səbail"in fəallığı daha da artdı. Lakin oyunun 1/4 hissəsi başa çatdıqdan sonra "Gəncəbasar" üstünlüyü ələ aldı. Bunun sayəsində də bölgə təmsilçisi hesabı bərabərləşdirdi. 21-ci dəqiqədə Rüfət Tahirovun sol cinahdan ötürməsini Paulo Quimbila başla tora göndərdi. Qoldan sonra komandaların üzvləri arasında anlaşılmazlıq yaşansa da, Rəvan Həmzəzadənin müdaxiləsindən sonra ara sakitləşdi.

Matçda növbəti qolu çox gözləmədik. I Liqanın bombardiri Dileyn Açemi Sərtan Taşkından topu oğurlayaraq komandasını önə keçirdi. Bu, kamerunlu forvardın mövsümdə vurduğu 13-cü qol oldu.

Hesabda geri düşdükdən sonra meydan sahibləri fəallığı daha da artırdılar. Elnur Abdullayevin komandası məğlubiyyətlə barışmaq istəmirdi. Bu da faydasını verdi. 37-ci dəqiqədə Slavik Alxasovun künc zərbəsindən ötürdüyü topu Sofiyan Budra qapıdan keçirərək hesabı bərabərləşdirdi - 2:2.

Qarşılaşmada ilk hissənin ən maraqlı hadisəsi elə bu oldu. Fasilədən sonra isə komandalar müdafiədə daha diqqətli oynamağa fikir verdilər. Bu səbəbdən də ikinci hissədə qapılara qol vurulmadı. Beləliklə, 7-ci turun mərkəzi oyununda qalib müəyyənləşmədi - 2:2.


5 noyabr 2026. Saat 15:00. “Bank Respublika Arena”. 100 tamaşaçı.

Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Elmin Süleymanov , Ceyhun Hüseynov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Sarı vərəqələr: Kənan Quliyev, 29 (qeyri-idman hərəkəti) // Paulo Quimbila, 21 (qeyri-idman hərəkəti); Dileyn Açimi, 73 (hakimin qərarına etiraz).

Qollar: Samuel Nonqoh, 3; Sofian Budra, 37 // Paulo Quimbila, 21; Dileyn Açimi, 29

Artırılan vaxt: I hissədə - 3 dəq.; II hissədə - 3 dəq.


“Səbail”

1. Mehdi Cənnətov

2. Slavik Alxasov (k)

7. Ehtiram Şahverdiyev

33. Eltun Turabov

3. Sertan Taşkın

21. Abbas Ağazadə

5. Kənan Quliyev

(16. Fuad Bayramov, 65)

9. Yan Said

(20. Ezekiel Morqan, 65)

10. Vüsal Əliyev

(17. Bahadur Həziyev, 65)

28. Sofian Budra

90. Samuel Nonqoh

(80. Aldo Qomes Soares, 46)


Ehtiyat oyunçular:

31.Nail Alışov

82. Nizaməddin Balayev

13. Vüsal Mənsimov

4. Cavad Qurbanlı

12. Babakar Mboup

22. Peter Aqblevor

19. Sənan Ağalarov

18. Rail Əmirquliyev

Məşqçi: Elnur Abdullayev


“Gəncəbasar”

1. Səlim Həşimov

18. Süleyman Əhmədov (k)

(77. Ülvü Mədətov, 24)

2. Seymur Rəhimov

20. Mahir Həsənov

10. Samir Məhərrəmli

9. Dileyn Açimi

13. İslam Nəcəfli

(88. Tuqay Əlizadə, 71)

70. Paulo Quimbila

(7. İlham Hüseynov, 90)

44. Rüfət Tahirov

8. Dinamin Bağırov

(99. Nihat Fərəci, 90)

12. Entoni Hunpe


Ehtiyat oyunçular:

22. Novruz Rəhimov

80. Tural Rzayev

52. Emil Bayramov

11. Emin Məcidzadə

15. Cavad Kərimov

23. Sənan Əliyev

21. Kristupas Padegimas

17. Derek Osey

Baş məşqçi: Elhad Nəziri

Müəllif: İlkin Sultanlı
OXŞAR XƏBƏRLƏR