Azərbaycan təmsilçiləri Çində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Çempionatında qızıl medal qazanıblar.
Sport1.az xəbər verir ki, Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Aleksey Karataşovdan ibarət tamblinq yığması 25 xalla qızıl medala sahib çıxıb.
Komanda Danimarka seçməsini 1 xal qabaqlayaraq çempion olub.
Azərbaycan seçməsi ardıcıl 3-cü dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.