"Turan Tovuz"un futbolçusu Denis Marandiçi Moldova millisinə dəvət alıb.
Sport1.az xəbər verir ki, müdafiəçi yığmanın UEFA Millətlər Liqasının C qrupu çərçivəsində noyabrda keçirəcəyi oyunlar üçün açıqlanan heyətində yer alıb.
Moldova millisi noyabrın 13-də doğma meydanda Qazaxıstanı, noyabrın 16-da səfərdə Farer adalarını qəbul edəcək.