AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sport1.az xəbər verir ki, II Liqanın 9-cu turunun "Ağdaş" - "Kür-Araz" matçında qeydə alınan qayda pozuntuları dəyərləndirilib.
"Kür-Araz"ın oyunçusunun formasında problem olması səbəbindən matç gec başladığına görə komanda 150 manat cərimələnib.
Eyni zamanda, bölgə təmsilçisi həkimi olmadığı və bu hal cari mövsüm 3-cü dəfə təkrarlandığı üçün 250 manat ziyana düşüb.