son dəqiqə SON DƏQİQƏ
"Neftçi" "Kəpəz"i məğlub etdi, turnir cədvəlində lider oldu ● Azərbaycan Basketbol Liqası: "Ordu" "Sabah"a məğlub olub ● "Bu futbolçular və "Kəpəz" yarışa rəng qatmağa davam edəcək" ● "Neftçi" o futbolçu ilə boş yerə 3 illik müqavilə imzalamayıb" ● "Turan Tovuz" "Qarabağ", "Neftçi" "Kəpəz"i məğlub etdi ● "Qarabağ" "Zəfər turu"nda uduzdu ● "Futbolçuların məsuliyyətindən və oyuna yanaşmasından razı qaldım" ● "Bu sualı klubun prezidentinə ünvansalasanız, daha yaxşı olar" ● "Neftçi" - "Kəpəz": ● Super Liqa: Qadınların yarışında yeni mövsümə start verilib ● Millimiz mundialın qalibi oldu ● "Milli forma ilə keçirdiyim bu illərə qürurla və minnətdarlıqla baxıram" ● "Qarabağ" - "Turan Tovuz": ● Yevlaxda Vüqar Həsənlini yormadılar ● Reda Xadra "Qarabağ"a gəldikdən sonra karyerasında bir ilki yaşadı ● Mərkəzi görüşdə 4 qol vuruldu, bombardir yenə fərqləndi ● "Xankəndi"nin üzvü mükafatlandırıldı ● "Kəpəz" Bakıda "Neftçi"ni məğlub edə bilmir ● Denis növbəti dəfə milliyə çağırıldı ● DÇ: Azərbaycan milli komandasının Latviya ilə matçının ● Həkimi olmayan aşağı liqa təmsilçi bu məbləğdə cərimə ödəməli olacaq ● II Liqa: Təcili Tibbi Yardım avtomobili stadiona gec gəldi, klub cərimələndi ● Azərbaycan klubunda yeni çalışdırıcı ● "Gəncəbasar"da yeni prezident ● "Səbail" bu öhdəlikləri pozdu ● Bölgə təmsilçisi xərəkdaşıyanlara görə cərimə ödəyəcək ● Oyuna çıxmayan I Liqa klubunun cəzası açıqlandı ● Azərbaycan millisinin bu iki oyun üçün heyəti açıqlandı ●

"Futbolçuların məsuliyyətindən və oyuna yanaşmasından razı qaldım"

Bölmə adı Premyer Liqa / Qarabağ
Yayımlandı Dünən, 20:43

"Qarabağ" Misli Premyer Liqasının 11-ci turunda "Turan Tovuz"a uduzub - 0:1.

Sport1.az xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında iştirak edib:

"Xalqımızı Zəfər günü münasibətilə təbrik edirəm. Oyuna gəldikdə, daha yaxşı ola bilərdik. Qalib gəlmək istəyirdik. Ümumən futbolçuların məsuliyyətindən və oyuna yanaşmasından razı qaldım. Yaxşı müdafiə olunan və sürətli əks-hücumlar quran bir kollektivə qarşı oynayırdıq. Rəqibə qapımızda yüz faizli qol epizodu yaratması üçün şərait yaratmadıq. Autdan sonra top bizə keçdi, sonra onlara, nəticədə qol oldu. Yəqin bu, onların haqqı idi. Rəqibi təbrik edirəm. "Turan Tovuz" bir neçə turdur inamlı təsir bağışlayır. Yolumuza davam edəcəyik. Texniki çatışmazlıqlar var. Qarşıda milli fasilə olacaq. Bundan faydalanmağa çalışacağıq. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm".

- "Qarabağ" qol epizodlarını dəyərləndirə bilmir. Bu, problemdir?

- Hər ad vermək olar. Daha diqqətli olmaq lazımdır. Bəxtsizlik demək istəmirəm. Futbolçular daha dəqiq və soyuqqanlı olmalıdırlar. Əvvəllər də demişdim ki, bir-birimizi tamamlamaqda çatışmazlıqlar var. İstənilən rəqib liderlərə qarşı daha yığcam, daha sağlam müdafiə olunur. Bu, onların qarşılarına qoyduğu ilk oyun fəlsəfəsidir. Belə rəqibə qarşı yaxşı hücumlarımız oldu. Hər bir halda hücum xəttində ustalığı yaxşılaşdırmaq lazımdır.

- Uzun müddətdir "Azersun Arena"da oynamırdız. Məğlubiyyətin səbəblərindən biri də stadionun dəyişməsi ola bilər?

- Xeyr, deməzdim. Burada dəfələrlə oynamışıq, bizim doğma arenamızdır. "Turan Tovuz"a Tofiq Bəhramov adına Respublika Stadionunda da məğlub olmuşuq. Bu, futboldur. Pozitiv şəkildə önə baxmaq lazımdır.

- Futbolçuların bir-birinə uyğunlaşma prosesinin bu qədər uzun çəkəcəyini gözləyirdiz?

- Bəlkə də, gözləmirdim. Amma yaxşı hisslər var. Yeni futbolçular artıq özlərinə gəlməyə başlayırlar. Zədəli futbolçularımız da olmuşdu. Son vaxtlar pozitiv oyun görürəm. Düzəltməyə çalışacağıq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR