"Gəncəbasar"da yeni təyinat baş tutub.
Sport1.az xəbər verir ki, bölgə təmsilçisinin təsisçisi Həşim Mövsümzadənin əmri ilə Namik Ələddin oğlu Qədirov artıq klubun prezidenti vəzifəsini icra edəcək.
O, klubun strateji inkişafına, ümumi idarəetməsinə, idman və inzibati fəaliyyətinin əlaqələndirilməsinə cavabdeh olacaq.