son dəqiqə SON DƏQİQƏ
"Neftçi" "Kəpəz"i məğlub etdi, turnir cədvəlində lider oldu ● Azərbaycan Basketbol Liqası: "Ordu" "Sabah"a məğlub olub ● "Bu futbolçular və "Kəpəz" yarışa rəng qatmağa davam edəcək" ● "Neftçi" o futbolçu ilə boş yerə 3 illik müqavilə imzalamayıb" ● "Turan Tovuz" "Qarabağ", "Neftçi" "Kəpəz"i məğlub etdi ● "Qarabağ" "Zəfər turu"nda uduzdu ● "Futbolçuların məsuliyyətindən və oyuna yanaşmasından razı qaldım" ● "Bu sualı klubun prezidentinə ünvansalasanız, daha yaxşı olar" ● "Neftçi" - "Kəpəz": ● Super Liqa: Qadınların yarışında yeni mövsümə start verilib ● Millimiz mundialın qalibi oldu ● "Milli forma ilə keçirdiyim bu illərə qürurla və minnətdarlıqla baxıram" ● "Qarabağ" - "Turan Tovuz": ● Yevlaxda Vüqar Həsənlini yormadılar ● Reda Xadra "Qarabağ"a gəldikdən sonra karyerasında bir ilki yaşadı ● Mərkəzi görüşdə 4 qol vuruldu, bombardir yenə fərqləndi ● "Xankəndi"nin üzvü mükafatlandırıldı ● "Kəpəz" Bakıda "Neftçi"ni məğlub edə bilmir ● Denis növbəti dəfə milliyə çağırıldı ● DÇ: Azərbaycan milli komandasının Latviya ilə matçının ● Həkimi olmayan aşağı liqa təmsilçi bu məbləğdə cərimə ödəməli olacaq ● II Liqa: Təcili Tibbi Yardım avtomobili stadiona gec gəldi, klub cərimələndi ● Azərbaycan klubunda yeni çalışdırıcı ● "Gəncəbasar"da yeni prezident ● "Səbail" bu öhdəlikləri pozdu ● Bölgə təmsilçisi xərəkdaşıyanlara görə cərimə ödəyəcək ● Oyuna çıxmayan I Liqa klubunun cəzası açıqlandı ● Azərbaycan millisinin bu iki oyun üçün heyəti açıqlandı ●

"Qarabağ" "Turan Tovuz"u bütün göstəricilərdə qabaqlayır - AFİŞA

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı Dünən, 11:55

Misli Premyer Liqasının 11-ci turu Bakıda start götürəcək.

Uzun müddətdən sonra "Qarabağ" "Azersun Arena"ya qayıdır. Ağdam təmsilçisi doğma meydanda "Turan Tovuz"u qəbul edəcək.

Qarşılaşmanın favoriti "köhlən atlar"dır.Düzdür, son turda "boz qurd" "Sabah"ı sürpriz şəkildə məğlub etdi. Kurban Berdiyevin komandası "Qarabağ"la görüşdə də asan təslim olmayacaq. Ağdam təmsilçisi də doğma arenaya dönüşünü qələbə ilə qeyd etmək arzusundadır.

Ümumiyyətlə, bu kollektivlər Azərbaycan çempionatlarında 15 dəfə üz-üzə gəliblər. 11 görüşdə "Qarabağ", 2 qarşılaşmada "Turan Tovuz" qələbə qazanıb. 2 oyunda isə qalib müəyyənləşməyib. Topların nisbətində də Qurban Qurbanovun komandası öndədir - 33:15.

"Qarabağ" doğma meydanda keçirilən oyunlarda üstünlüyə malikdir. 8 görüşün 6-da "köhlən atlar", 2-də tovuzlular qələbə qazanıb. Topların nisbətində də "Qarabağ" öndədir - 17:8.

Maraq üçün bildirək ki, Ağdam təmsilçisi son 5 oyunda qol vurmağı bacarıb. Həmçinin, "köhlən atlar" ardıcıl 4 qarşılaşmadır ki, "Turan Tovuz"u məğlub edir.

"Qarabağ" - "Turan Tovuz"

Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Vüqar Həsənli
VAR hakimi: Tural Qurbanov 
köməkçi VAR hakimi: Tərlan Talıbzadə
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elgiz Abbasov
Bakı. Azersun Arena. Saat 18:00.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR