son dəqiqə SON DƏQİQƏ
U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ●

U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək

Bölmə adı Güləş
Yayımlandı Bu gün, 17:52

ABŞ-nin Las Veqas şəhərində güləş üzrə U-23 Dünya Çempionatı keçiriləcək.

Sport1.az xəbər verir ki, mundialda ölkəmizi 23 güləşçi təmsil edəcək.

Yunan-Roma güləşi üzrə millimiz yarışın ilk günlərində xalçaya çıxacaq.

Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov və Sabah Şəriətinin rəhbərliyi altında Fərid Sadıxlı (55 kq), Elmir Əliyev (60 kq), Ayxan Cavadov (63 kq), Məhəmməd Şükürzadə (67 kq), Fərid Xəlilov (72 kq), Ruslan Nurullayev (77 kq), Elmin Əliyev (82 kq), Orxan Hacıyev (87 kq), İsmayıl Rzayev (97 kq) və Məzaim Mərdanov (130 kq) ölkəmizi təmsil edəcək.

Daha sonra qadın güləşçilər mübarizəyə qoşulacaq.

Baş məşqçi əvəzi Toğrul Əsgərovun rəhbərliyi altında Nərgiz Səmədova (53 kq), Gültəkin Şirinova (55 kq) və Günay Qurbanova (59 kq) Las Veqasda çıxış edəcək.

Çempionatın son günlərində isə böyük məşqçi Cəbrayıl Həsənov, məşqçilər Taymuraz Salkazanovla Şərif Şərifovun rəhbərliyi altında sərbəst güləşçilər uğur qazanmağa çalışacaqlar.

Heyətdə Vasif Bağırov (57 kq), Ceyhun Allahverdiyev (61 kq), Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Ağanəzər Novruzov (74 kq), Elcan İsmayılzadə (79 kq), Səbuhi Əmiraslanov (86 kq), Anar Cəfərli (92 kq), Zəfər Əliyev (97 kq) və Xetaq Karsanov (125 kq) yer alıb.

Gündüz seansının qarşılaşmaları Bakı vaxtı ilə 21:30-da, axşam seansının görüşləri isə 04:45-də başlayacaq.

U-23 Dünya Çempionatında I-S dərəcəli hakim Bəşir İsazadə və I dərəcəli referi Əli Babayev ədaləti qoruyacaq.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR