son dəqiqə SON DƏQİQƏ
"Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edir ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ●

"Bunun öhdəsindən gələ bildim" KAMARADAN ÖZƏL AÇIQLAMA

Bölmə adı Milli / Manşet
Yayımlandı Bu gün, 16:19

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa Çempionatının seçmə mərhələ matçında Cəbəllütariq seçməsini məğlub edib - 3:0.

Həmin qarşılaşmadan sonra yığmamızın vingeri Mustafa Kamaranın Sport1.az saytına müsahibəsini təqdim edirik:

- Oyunla bağlı təəssüratlarınız necədir?

- Yaxşı matç oldu. Həqiqətən çox yaxşı komandayıq. Ümid edirəm ki, bu cür də davam edəcək və bu ab-hava uzun müddət mövcud olacaq.

- 10 xal toplayaraq milli tarixində yeni rekorda imza atdınız. Bu barədə nə deyə bilərsiniz?

- Baş məşqçinin tapşırıqlarını meydanda düzgün icra etməyi bacardıq. Məhz bunun sayəsində qələbə qazandıq. Bu rekorda çatdığımız üçün həddindən artıq şadıq. İnşallah, bunun davamının gələcəyinə ümid edirik.

- Bu oyunda qol vurmaq üçün xeyli şansınız oldu, lakin müəyyən çətinliklərlə qarşılaşdınız. Bu barədə nə deyə bilərsiniz?

- Açığı, performans baxımından mənim üçün bir az çətin oldu, bunun öhdəsindən gələ bildim. Əlimdən gələni etməyə çalışdım. Qollar vurduq və qələbə qazandıq.

- Baş məşqçi nə üçün sizə start heyətində şans vermir?

- Bilmirəm.

- Azərbaycan milli komandasına uyğunlaşma prosesini başa vurmusunuz?

- Bəli, bəli. Tam uyğunlaşmışam. Komanda yoldaşlarımın hamısı ilə münasibətim çox yaxşıdır. Hər şey qaydasındadır.

- Baş məşqçi Rəşad Eyyubovla münasibətiniz necədir?

- Çox yaxşı münasibətimiz var. Məşqçi mənə inanır və güvənir. Düzdür, bu oyuna start heyətində başlamadım, amma hələ gəncəm, qarşıda çox vaxtım var. İnşallah, gələcəkdə necə olacağını birlikdə görəcəyik.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR