Misli Premyer Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Sabah"ın üzvü Ksander Severina mükafatlandırılıb.
Sport1.az xəbər verir ki, sentyabrın ən yaxşı qolunun müəllifinə mükafatı Peşəkar Futbol Liqasının inzibati binasında qurumun prezidenti Elxan Səmədov təqdim edib.
Futbolçu qazandığı pul mükafatını "Sabah Futbol Akademiyası Gələcəyin İstedadları" fonduna təqdim edəcəyini vurğulayıb.