Azərbaycanın 4 cüdoçusu Dünya Çempionatının dördüncü günündə mübarizə aparacaq.
Sport1.az xəbər verir ki, Bakıda keçirilən cüdo üzrə böyüklər arasında keçirilən mundialda oktyabrın 7-də dördüncü yarış gününün görüşləri keçiriləcək.
Milli Gimnastika Arenasında Azərbaycan millisinin 4 üzvü qadınların -63 kq və kişilərin -81 kq çəki dərəcələrində tatamiyə çıxacaq.
Qadınların -63 kq çəki dərəcəsində Hanna Zaytseva yarışa 1/16 finaldan qoşulacaq.
Onun ilk rəqibi Pey Çun Yuan (Çin Taypeyi) - Anna Kriza (Macarıstan) görüşünün qalibi olacaq.
Kişilərin -81 kq çəki dərəcəsində Vüsal Qələndərzadə mübarizəyə 1/32 final mərhələsindən başlayacaq və Bolqarıstan təmsilçisi Hristo Valkovla qarşılaşacaq.
Zelim Tçkayev və Ömər Rəcəbli isə ilk görüşlərini 1/16 finalda keçirəcəklər.
Tçkayev Timoti Meuvsen (Cənubi Afrika Respublikası) - Viktor Sterpu (Moldova) cütünün, Rəcəbli Sibqatullah Arab (IRT) - Mahamadu Dukara (Mali) görüşünün qalibi ilə qarşılaşacaq.
Təsnifat mərhələsinə saat 10:30-da start veriləcək. Final bloku isə saat 18:00-da başlayacaq.