Azərbaycan millisi 2028-ci ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsinin püşkatmasında 5-ci səbətdə yer alacaq.
Sport1.az xəbər verir ki, yığmamız Malta, Litva, Şimali İrlandiya, Andorra və Lixtenşteyn komandaları ilə birlikdə qərarlaşacaq.
Püşkatma mərasimi dekabrın 6-da Şimali İrlandiyanın Belfast şəhərində keçiriləcək.
Seçmə mərhələnin qrup oyunları 2027-ci ilin mart-noyabr aylarında olacaq.
Qitə birinciliyinin final mərhələsi Böyük Britaniya və İrlandiyada təşkil olunacaq.