son dəqiqə SON DƏQİQƏ
Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ●

"Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" - AÇIQLAMA

Bölmə adı Milli / Manşet
Yayımlandı Bu gün, 12:56

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa Çempionatının seçmə mərhələ matçında Cəbəllütariq seçməsini məğlub edib - 3:0.

Həmin qarşılaşmadan sonra yığmamızın qapıçısı Sadiq Məmmədzadənin Sport1.az saytına müsahibəsini təqdim edirik:

- Yığma bu gün qalib gəldi və rekordunu yenilədi...

- Komanda yaxşı və cəsarətli oyun nümayiş etdirdi. Toplanış çox yaxşı keçdi. Qeyd etdiyiniz kimi, tarix yazdıq: 9 xallıq səddi keçdik. Buna görə də yaxşı oyun oldu.

- Cəbəllütariqə nümayiş etdirdiyimiz oyunu əvvəlki matçlarda - xal itirdiyimiz görüşlərdə göstərə bilsəydik, nəticəmiz daha yaxşı ola bilərdi?

- Əlbəttə, bundan əvvəlki oyunlarda fərdi və texniki səhvlər olmasaydı, bəlkə də, nəticəmiz daha yaxşı olardı. 10 deyil, 15-16 xal toplaya bilərdik. Lakin səhvlərdən nəticə çıxara-çıxara onların üzərində işləməyə çalışırıq.

- Millinin düşərgəsində olduğunuz zaman qazandığınız təcrübələr klub futbolunda sizin üçün nə dərəcədə faydalı olur?

- Əlbəttə, milli komandanın da, klubun da öz yeri var. İndi bütün diqqətimi "Qarabağ"la matça yönəldəcəyəm. Hər şey qaydasındadır.

- Cəbəllütariqlə oyundan sonra Rəşad Eyyubov sizinlə nələr danışdı?

- Təbrik etdi. Xoş sözlərdən başqa bizə nə deyə bilərdi ki?! Narazı qaldığı hər hansısa bir məqam yoxdur. Hər şey yaxşıdır. Bəzən emosional anlar yaşanır və bu da tam normaldır. Oyunun gedişatında belə hallar olur, amma matçdan sonra hamımız bir-birimizi təbrik etdik.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR