son dəqiqə SON DƏQİQƏ
DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ● I Liqada 4-cü tur: "Şahdağ Qusar" "Zaqatala"ya qarşı ● Azərbaycan Kuboku: Yeni mövsümə bu gün start verilir ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxır ● "Gəncə" komandası avrokuboklarda mübarizəyə başlayır ● Cüdo üzrə Dünya Çempionatı: Daha 4 cüdoçumuz mübarizəyə start verir ● Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● FİBA Çempionlar Liqası: "Sabah" ilk matçında uduzub ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ●

"Bunlardan birini bacardıq və bir iz buraxdıq" - Milli üzvündən açıqlama

Bölmə adı Milli / Manşet
Yayımlandı Bu gün, 12:31

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa Çempionatının seçmə mərhələ matçında Cəbəllütariq seçməsini məğlub edib - 3:0.

Həmin qarşılaşmadan sonra yığmamızın müdafiəçisi Eşqin Əhmədovun Sport1.az saytına müsahibəsini təqdim edirik:

- U-21 millimiz tarixində ilk dəfə 10 xal topladı. Matçla bağlı təəssüratların və bu göstərici ilə bağlı fikirlərin necədir?

- Şükürlər olsun ki, rekorda imza atdıq. İnşallah, gələcək nəsil daha yaxşı uğurlara imza atar. Onlar təkcə rekordla kifayətlənməzlər, həm də qrupdan çıxarlar. Biz bu yola çıxanda rekordu yeniləmək və mərhələ adlamaq niyyətində idik. Bunlardan birini bacardıq və bir iz buraxdıq. Bundan sonra daha çox çalışıb əsas milli komandada çıxış etməyi düşünürük.

- Necə düşünürsən, nəticələrimiz daha yaxşı ola bilərdi?

- Oyun baxımından hər qarşılaşmada qalib gəlməyə çalışırdıq. Bəzən alındı, bəzən isə alınmadı. Ümumilikdə yaxşı nəticə qazandığımızı düşünürəm.

- Cəbəllütariqlə oyunda qapı dirəyinə dəyən zərbən oldu. Hücumlarda da fəal idin. Məşqlərdə daha çox hücumameyilli oyunçu kimi hazırlaşırsan?

- Bəli. Həm klubda, həm də millidə hücum futboluna üstünlük verirəm. Daim irəli atılıram. Hər oyunda komandama qol və ya məhsuldar ötürmə ilə dəstək olmağa çalışıram. Əsas odur ki, komanda qalib gəlsin. Bunun üçün əlimdən gələni edirəm.

- Matçdan sonra paltardəyişmə otağında Rəşad Eyyubovun fikirləri necə oldu?

- Komanda olaraq hamımıza təşəkkür etdi. Sadəcə böyük sevinc var idi, başqa heç nə.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR