SON DƏQİQƏ
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün son yoldaşlıq oyununu keçirib.
Sport1.az xəbər verir ki, yığma Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Qəbələ şəhər stadionunda baş tutan görüşün əsas vaxtında hesab açılmayıb.
Qalib penaltilər seriyasında müəyyənləşib.
Burada daha dəqiq olan təmsilçilərimiz 5:4 hesablı qələbəyə sevinib.