son dəqiqə SON DƏQİQƏ
Azərbaycanın U-21 millisi Bakıda Cəbəllütariqə qarşı ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ● Azərbaycan Kuboku: I təsnifat mərhələsinin hakim təyinatları ● İspaniya Xorvatiya ilə qarşılaşır, Çexiya səfərdə İngiltərə ilə üz-üzə ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət Heydərov qələbə ilə başladı ● U-20 milli komandamız Qəbələdə Yaponiya ilə qarşılaşır ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxır ● "Sabah" FİBA Çempionlar Liqasında bu gün ilk matçına çıxır ● Cüdo üzrə Dünya Çempionatı: Hidayət bu gün mübarizəyə başlayır ● Premyer Liqa klublarının yay transferləri ● ML: Fransa Belçikanı, İtaliya Türkiyəni məğlub edib ● "İdmançılarımıza parlaq qələbələr arzulayıram!" ● Rəşad Eyyubov: “Bu toplanış bizi daha da birləşdirdi” ● AFFA rəsmiləri Meksika səfiri ilə görüşüb ● “Neftçi” – “Sabah” matçına biletlər satışda ●

"Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir - FOTO

Bölmə adı Voleybol / Foto
Yayımlandı Bu gün, 15:57

Çempionlar Liqasında ölkəmizi təmsil edəcək qadın voleybolçulardan ibarət "Turan" klubu hazırlığının son mərhələsindədir.

Sport1.az xəbər verir ki, baş məşqçi Ziya Rəcəbovun rəhbərlik etdiyi komandanın hazırlıq proqramının əsas mərhələlərindən biri İtaliyanın Misano şəhərində baş tutub.

Burada intensiv məşqlərlə yanaşı, yoxlama oyunları da keçirilib. Ardınca Yunanıstana yollanan kollektiv Santorini şəhərində təlim-məşq toplanışını davam etdirib.

Burada da hazırlıq prosesinin əsas hissəsini məşqlər və yoxlama oyunları təşkil edib.

Daha sonra İstanbulda davam edən hazırlıq çərçivəsində "Fənərbağça" ilə yoldaşlıq görüşü keçirilib.

Toplanışın son mərhələsi isə Bakıda - klubun Zaqulbada yerləşən Təlim-Tədris Mərkəzində davam edir.

Uzunmüddətli hazırlıq prosesi çərçivəsində fiziki, taktiki və psixoloji hazırlığın yüksək səviyyəyə çatdırılması əsas prioritetlərdəndir.

"Turan" Çempionlar Liqası çərçivəsində oktyabrın 20-də Tovuz Olimpiya İdman Kompleksində Xorvatiyanın "Mladost-Zaqreb" klubu ilə üz-üzə gələcək.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR