son dəqiqə SON DƏQİQƏ
“Milli Aviasiya Akademiyası”ndan yeni transfer Azərbaycan veteran cüdoçularından dünya çempionatında 4 medal Azər Məmmədov: "Sabah"la matçdan başqa bütün oyunlarda…” Filipe Kandido: “Futbolun inkişafını istəyiriksə…” Premyer Liqa: VI tura yekun vurulub Zaur İsmayılov: “Fasilədə çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq“ Azər Bağırov: “Komanda sırf futbol oynamağa köklənib” Gimnastlarımızdan Dünya Çempionatında 2 medal Gəncədə heyətlər müəyyənləşib II Liqa: IV tura start verilib "Şamaxı"da ciddi itki Bakı çempionatında qaliblər bəlli oldu “Şamaxı” - “Araz-Naxçıvan”: II Liqa: IV turun təyinatları açıqlanıb Fiqurlu konkisürənlərimiz Türkiyədə çıxış ediblər Bakıda “Koreya Səfiri Kuboku” baş tutacaq Taekvondo üzrə ölkə çempionatı keçiriləcək Günün oyunları: Millimizin üzvü oynadı, komandası məğlub oldu 2 boksçumuz Avropa Çempionatının 1/4 finalında "Fikrimi yığmaya yönəltməliyəm" "Demək olar ki, Çempionlar Liqası "11-liy"ini meydana buraxmışdılar" "Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik" "Sahib çıxdığımız titulu qorumaq və zirvədə yer almaq istəyirik" Premyer Liqa klublarının yay transferləri "Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb "Sabah" yoluna itkisiz davam edir "Milli fasilədən maksimum yararlanmağa çalışacağıq"

Azər Məmmədov: "Sabah"la matçdan başqa bütün oyunlarda…”

Bölmə adı Kəpəz
Yayımlandı Bu gün, 21:58

"Kəpəz" Misli Premyer Liqasının VI turunda doğma meydanda "Sumqayıt"la 1:1 hesablı heç-heçə edib.

Sport1.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Maraqlı oyun oldu. Düşünürəm ki, azarkeşlər oyundan ləzzət ala bildilər. Qələbə qazanmağa çalışırdıq. Amma bizim üçün 1 xal da önəmlidir. Oyuna rəng qatan azarkeşlərə təşəkkür edirəm. Vurduğumuz qol sayılmayandan sonra futbolçularda bir az psixoloji eniş yarandı. Hesabda geriyə düşdükdən sonra geridönüş edə bildik. Son dəqiqədə qələbə qolunu vura bilərdik. Komandadan razıyam. Amma işləmək lazımdlır. Milli fasilədə çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”.

- Sayılmayan qolunuzla bağlı fikriniz necədir?

- Hələ ki baxa bilməmişəm. Yəqin ki, düzgün qərar veriblər. Epizoda baxdıqdan sonra dəqiq fikir bildirə bilərəm.

- Evdə keçirilən 4 oyunda 7 xal qazanmısız. Bu nəticə sizi qane edir?

- Hər oyuna qələbə üçün çıxırıq. Həmişəki kimi yenidən qurulan komanda var. Yenidənqurma stabillik üçün çətindir. Çalışırdıq ki, stabillik yaradaq. Düşünürəm ki, 7 xal bizim üçün yaxşıdır.

- Qələbə qazanmaq üçün nə çatmadı?

- Komanda bu gün xarakter göstərdi. Son nöqtəni qoymaqda çətinliyimiz var. "Sabah"la matçdan başqa bütün oyunlarda qol vurmuşuq. Futbolçularda bir az təcrübə çatmır. Daha çox qol vura bilərdik.

- Gözlənilənin əksinə olaraq 7 xal toplamısız. Sanki bəziləri bunu həzm etmir. Məğlubiyyətlərdən sonra sizə qarşı kampaniya aparılır. Hətta "Kəpəz"i yeni yarananan "Gəncəbasar"la da müqayisə edirlər. Bu fikirlərə münasibətiniz necədir?

- "Gəncəbasar"ın yaranmasına ən çox sevinənlərdən birə mənəm. Çünki şəhərimizdə komanda sayı çox olmalıdır. "Kəpəz" burada həmişə "bir nömrə" olub. Sosial şəbəkələrə gəlincə, elə adamlar var. Məqsədli şəkildə edirlər. Futbolçuların dəstəyə ehtiyacı var. Onlar buna layiqdirlər.

- Milli fasilədən sonra nələri dəyişməyi planlaşdırırsız?

- Oyundan əvvəl futbolçulara dedim ki, burada olan 15 min azarkeş futboldan həzz almalıdır. Gəncədən olan azarkeşlər Azərbaycan futboluna rəng qatır. İlk matçlarda bəzi futbolçularda həyəcan olurdu. Elə oyunçlar var ki, belə atmosferdə oynamayıblar. Artıq oyundan-oyuna buna öyrəşiriik. Milli fasilədə daha da yaxşı hazırlaşıb burada yaxşı oyunlar keçirmək istəyirik.

- Rəqib baş məşqçi bildirdi ki, tribunada kimsə hakim fitinə bənzər fitdən istifadə edirdi. Bu haqda fikriniz necədir?

- Fiti mən də eşiridirdim. Ammma bu hər iki komandaya təsir edirdi. Mən də belə şeyin olmasını istəməzdim. 15 min azarkeşin içində balaca fiti tapmaq çətindir. Bizim futbolçulara da təsir edirdi.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR