son dəqiqə SON DƏQİQƏ
Azərbaycan veteran cüdoçularından dünya çempionatında 4 medal Azər Məmmədov: "Sabah"la matçdan başqa bütün oyunlarda…” Filipe Kandido: “Futbolun inkişafını istəyiriksə…” Premyer Liqa: VI tura yekun vurulub Zaur İsmayılov: “Fasilədə çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq“ Azər Bağırov: “Komanda sırf futbol oynamağa köklənib” Gimnastlarımızdan Dünya Çempionatında 2 medal Gəncədə heyətlər müəyyənləşib II Liqa: IV tura start verilib "Şamaxı"da ciddi itki Bakı çempionatında qaliblər bəlli oldu “Şamaxı” - “Araz-Naxçıvan”: II Liqa: IV turun təyinatları açıqlanıb Fiqurlu konkisürənlərimiz Türkiyədə çıxış ediblər Bakıda “Koreya Səfiri Kuboku” baş tutacaq Taekvondo üzrə ölkə çempionatı keçiriləcək Günün oyunları: Millimizin üzvü oynadı, komandası məğlub oldu 2 boksçumuz Avropa Çempionatının 1/4 finalında "Fikrimi yığmaya yönəltməliyəm" "Demək olar ki, Çempionlar Liqası "11-liy"ini meydana buraxmışdılar" "Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik" "Sahib çıxdığımız titulu qorumaq və zirvədə yer almaq istəyirik" Premyer Liqa klublarının yay transferləri "Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb "Sabah" yoluna itkisiz davam edir "Milli fasilədən maksimum yararlanmağa çalışacağıq" "Belə səviyyədə çıxış edirsənsə, elə bu cür ritmə də tab gətirməlisən"

Zaur İsmayılov: “Fasilədə çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq“

Bölmə adı Araz-Naxçıvan
Yayımlandı Bu gün, 20:23

Misli Premyer Liqasının VI turunda səfərdə “Şamaxı”ya 1:2 hesabı ilə uduzan “Araz-Naxçıvan”ın baş məşqçisi Zaur İsmayılov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Sport1.az xəbər verir ki, mütəxəssis ilk növbədə görüş haqqında təəssüratlarını bölüşüb:

“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Birinci hissədə müdafiədə iki kobud səhvə yol verdik və qapımızda penalti qolları gördük. Hesabı bərabərləşdirsək də, yenidən səhv edib uduzduq”.

– Qapınıza təyin olunan iki penalti qərarı ilə razısınız?

– Birinci penalti epizodu bir az mübahisəli idi. Hakim qərar verdikdən sonra VAR-a çağırıldı və epizoda uzun müddət baxıldı. Qapıçımız birinci topu çıxarmışdı, görünür, ikinci təmasın olub-olmamasına baxırdılar. Lakin ikinci epizoddakı penalti qərarı doğru idi.

– Ağadadaş Salyanskinin ardıcıl üçüncü matçda qol vurmasını necə dəyərləndirirsiniz?

– Əlbəttə, o, istər ehtiyatda olanda, istərsə də məşqlərdə həmişə çalışırdı. “Qarabağ”la oyundan sonra əsas heyətə düşdü və ardıcıl qollar vurmağa başladı. Təəssüf ki, bu oyunda ikinci qolu da vura bilərdi, zərbəsi dirəkdən döndü. Komanda uduzsa da, onun hər matç fərqlənməsi sevindirici haldır.

– Milli fasiləyə qədərki dövrü uğursuz saymaq olar. İki həftəlik fasilədə əsasən nəyin üzərində işləyəcəksiniz?

– Müdafiədə kobud səhvlərimiz olur, maksimum bu xətaların üzərində işləməliyik. Eyni zamanda hücumda yaranan imkanlardan daha səmərəli istifadə etməliyik. Fasilə dövründə də çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR