son dəqiqə SON DƏQİQƏ
Azərbaycan veteran cüdoçularından dünya çempionatında 4 medal Azər Məmmədov: "Sabah"la matçdan başqa bütün oyunlarda…” Filipe Kandido: “Futbolun inkişafını istəyiriksə…” Premyer Liqa: VI tura yekun vurulub Zaur İsmayılov: “Fasilədə çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq“ Azər Bağırov: “Komanda sırf futbol oynamağa köklənib” Gimnastlarımızdan Dünya Çempionatında 2 medal Gəncədə heyətlər müəyyənləşib II Liqa: IV tura start verilib "Şamaxı"da ciddi itki Bakı çempionatında qaliblər bəlli oldu “Şamaxı” - “Araz-Naxçıvan”: II Liqa: IV turun təyinatları açıqlanıb Fiqurlu konkisürənlərimiz Türkiyədə çıxış ediblər Bakıda “Koreya Səfiri Kuboku” baş tutacaq Taekvondo üzrə ölkə çempionatı keçiriləcək Günün oyunları: Millimizin üzvü oynadı, komandası məğlub oldu 2 boksçumuz Avropa Çempionatının 1/4 finalında "Fikrimi yığmaya yönəltməliyəm" "Demək olar ki, Çempionlar Liqası "11-liy"ini meydana buraxmışdılar" "Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik" "Sahib çıxdığımız titulu qorumaq və zirvədə yer almaq istəyirik" Premyer Liqa klublarının yay transferləri "Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb "Sabah" yoluna itkisiz davam edir "Milli fasilədən maksimum yararlanmağa çalışacağıq" "Belə səviyyədə çıxış edirsənsə, elə bu cür ritmə də tab gətirməlisən"

Filipe Kandido: “Futbolun inkişafını istəyiriksə…”

Bölmə adı Sumqayıt
Yayımlandı Bu gün, 21:33

"Sumqayıt" Misli Premyer Liqasının VI turunda səfərdə "Kəpəz"lə 1:1 hesablı heç-heçə edib.

Sport1.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Filipe Kandido matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

“Düşünürəm ki, bu, ölkənizdəki ən yaxşı stadionlardan biridir. Çox yaxşı atmosfer var idi. Amma oyunun gedişində kənardan kimsə hakim fitinə bənzəyən fit səsləndirirdi. Bu, komandam sürətli hücuma çıxanda oyunçuları çaşdırırdı. Premyer Liqanın inkişafını istəyiriksə, futbola hörmət etməliyik. Ümid edirəm ki, məni düz başa düşdüz. Hakimlərin verdiyi qərarlar haqda isə heç nə danışmaq istəmirəm. Komandam inkişafdadır, oyununu yaxşılaşdırır. Bu atmosferdə oynamaq asan deyil. Rəqib də çox təhlükəlidir. Onların sürətli oyunçuları var. Komandam həm müdafiə planında, həm də hücum planında yaxşı çıxış etdi. İlk hissədə boşluqlar tapdıq. Bunun nəticəsində qol da vurduq. İkinci hissədə isə komandama daha çox top saxladı. Həm bizim, həm də rəqibin qol şansları oldu. Nəticəyə görə məyusam. Qələbə qazana bilərdik. Bir neçə aydır Azərbaycandayam. Futbolun inkişafını istəyiriksə, bəzi şeylər fərqli olmalıdır”.

- "Kəpəz"in ləğv olunan qoluna baxmısız? Sizcə, orada qayda pozuntusu var idi?

- 15 il əvvəl Portuqaliyada məşqçi kimi fəaliyyətə başlamışam. Hakimlər və onların qərarları haqda danışmağı sevmirəm. Ona görə məyusam ki, hesabı 2:0 edə bilərdik. Futbolçularımın bəziləri hələ 90 dəqiqə oynayacaq formaya gəlib çatmayıblar.

- Marko Yohansonun performası ilə bağlı fikriniz necədir? Demək olar ki, "Sumqayıt" istədiyi qapıçını tapıb?

- Marko cəmi iki gün bizimlə məşq etmişdi. Mənim üçün onu start heyətində buraxmaq qərarını vermək çətin idi. Çünki Xəyal Fərzullayev yaxşı performans göstərirdi. Düşündük və bu qərarı verdik.

- Oyunun son 20 dəqiqəsində "Sumqayıt" fiziki olaraq çox zəif görünürdü. Bunun səbəbi nədir?

- Arıtq bir neçə dəfə belə vəziyyətlə qarşılaşmışıq. Biz hələ ki yaxşı komanda qurmaq mərhələsindəyik. Yaxşı futbolçular gətirməyə çalışırıq. Oyunçuların hamısı tam hazır deyil. Buna görə də gənc futbolçuları meydana buraxırıq. Onların bacarığına şübhəm yoxdur. Hamısına şans verməyə çalışırıq. Bir məşqçi kimi onların inkişafı üçün səy göstərirəm.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR