"Milliyə çağırılacağımı öyrənəndə çox sevindim. Bu xəbəri böyük xoşbəxtlik və müsbət hisslərlə qarşıladım".
Sport1.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın müdafiəçisi Bense Varkonyi deyib.
O, karyerasında ilk dəfə Macarıstanın əsas yığmasına çağırılmasını sevinclə qarşıladığını bildirib:
"Hansı səviyyədə olmasından asılı olmayaraq, idmana başlayan hər bir insanın arzusu və məqsədi bir gün öz ölkəsi üçün mübarizə aparmaq, milli komandanın formasını geyinib oynamaqdır. Buna görə də bu dəvət məni həqiqətən çox sevindirdi".
Bense Ağdam təmsilçisinə keçidini karyerası üçün böyük addım adlandırıb:
"Xaricdə, yaxşı bir komandada özümü göstərmək istəyirdim. Yəqin ki, ilk dəfə milli komandaya dəvət almağımda bunun da rolu var. Kluba çox minnətdaram, çünki mənə hər məsələdə dəstək olurlar.
Mənə etimad göstərilib və mən də bu etimadı doğrultmaq, ən yaxşı oyunumu nümayiş etdirmək üçün çalışıram. Təbii ki, həm komanda, həm də fərdi səviyyədə qarşıma qoyduğum məqsədlər var. Onlara çatmaq üçün bundan sonra da əlimdən gələni etməyə davam edəcəyəm".
Macarıstan seçməsi sentyabrın 25-də Ukrayna, oktyabrın 2-də Gürcüstanı qəbul edəcək.
Yığma sentyabrın 28-də Şimali İrlandiya, oktyabrın 5-də Ukraynanın qonağı olacaq.