SON DƏQİQƏ
"Qarabağ"ın müdafiəçisi Bense Varkonyi ilk dəfə Macarıstan millisinə çağırılıb.
Sport1.az xəbər verir ki, yığmanın baş məşqçisi Marko Rossi 24 yaşlı mərkəz müdafiəçisini UEFA Millətlər Liqasının qarşıdakı dörd oyunu üçün açıqlanan 26 nəfərlik heyətə daxil edib.
Macarıstan UEFA Millətlər Liqasında sentyabrın 25-də Budapeştdə Ukraynanı qəbul edəcək.
Marko Rossinin komandası sentyabrın 28-də Belfastda Şimali İrlandiyanın qonağı olacaq, oktyabrın 2-də Gürcüstanı qəbul edəcək.
Macarlar oktyabrın 5-də isə Slovakiyanın Trnava şəhərində Ukrayna ilə qarşılaşacaqlar.