son dəqiqə SON DƏQİQƏ
Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı "Azərbaycanda klub səviyyəsindəki nəticələr milli səviyyəsində yoxdur" Milli komandamızın futbolçuları və məşqçilər tələbələrlə görüş keçirib

Dambrauskas: “Onu ancaq Allah bilir”

Bölmə adı Sabah
Yayımlandı 14-09-2026, 22:24

"Sabah" Misli Premyer Liqasının 5-ci turunda səfərdə "Şəfa"nı 3:0 hesabı ilə məğlub edib.

Sport1.az xəbər verir ki, son çempionun baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- "Mançester Yunayted"lə oyundan sonra Maykl Kerriklə söhbətiniz oldu. Bilmək olar nə danışdığınızı?
- Bu, mənimlə Kerrik arasında olan sirdir.

- Bu oyunla bağlı fikirlərinizi bölüşərdiz...
- "Mançester Yunayted"lə matçdan sonra bu cür oyunlara köklənmək çətindir. Oyunçularımın yanaşmasından razı qaldım. Onlar çox yaxşı çıxış etdilər. "Old Trafford"dan sonra burada oynamaq o qədər də asan deyil. Bəzi şeylər var idi ki, onları bəyənmədim. Birinci hissədə etdiyimiz səhvlər var idi. Rəqib qapımıza 5-6 zərbə endirdi. Heyətdə 6 rotasiya etmişdik. Oyuna çox yaxşı başladıq, qollar vurduq. "Şəfa"nın da haqqını vermək lazımdır. Çox yaxşı oyun planları var. İkinci hissəyə də yaxşı başladıq. Topa nəzarət edən tərəf biz idik. Ümumilikdə deyə bilərəm ki, oyundan razıyam. Bu qələbəni unuduruq. "İmişli" ilə oyuna köklənməliyik.

- "Mançester Yunayted"lə oyunda açıq futbol oynamağınız tənqidlərə səbəb oldu. Bununla bağlı fikirləriniz necədir?
- Bu gün "Şəfa" ilə oynamışıq. "Mançester Yunayted"lə oyun haqda danışmışıq. Bilirsiz dünyada ən asan iş nədir? Hansısa komandanı tənqid etmək asan işdir. Hər kəs istədiyi kimi danışa bilər. İşimizi mükəmməl şəkildə görməyə çalışırıq. Azarkeşlər tənqid etməlidir. Bunu anlayırıq. Amma bunların heç biri bizə təsir etmir. Gördüyünüz kimi oyunumuza köklənmişik. Çox ağır səfərdən sonra burada qələbə qazanmışıq.

- "Mançester Yunayted"lə oyundan sonra Rəhman Daşdəmirova olan tənqidlərə münasibətiniz necədir?
- Rəhmanı tənqid edənləri başa düşmürəm. Əvvəl deyirdilər ki, niyə azərbaycanlı futbolçular oynamır? Azərbaycanlı oyunçu Çempionlar Liqasında "Sabah"ı təmsil edir. Ona hörmətlə yanaşmaq lazımdır. Rəhman ölkədəki ən yaxşı üç futbolçudan biridir. Tənqidlər olacaq. Belə tənqidləri qəbul etmirəm. Rəhman və ya başqa futbolçularım nə ediblər? 33 oyun məğlub olmayan komanda çempion olub, kuboku qazanıb. Azərbaycanı Çempionlar Liqasında təmsil edirik. Nəyə görə oyunçularım tənqid olunmalıdır? Məsləhət görərdim ki, öz futbolçularımıza dəstək olaq. Onlar "Sabah" və Azərbaycan üçün böyük iş görüblər.

- Yunes Laşabın Çempionlar Liqası heyətində yer almamasının səbəbi nədir?
- Bu suala dəfələrlə cavab vermişəm. Çempionlar Liqasında müəyyən kvota var. 25 futbolçu sifariş edə bilərsən. Bunlardan ən çoxu 17 nəfər əcnəbi olmalıdır. İstəyərdim ki, daha çox "Şəfa" ilə oyunu təhlil edək. Bütün oyunlar bizim üçün önəmlidir.

- Komanda 4 oyunda 11 qol vurub, qapısında qol görməyib. Bu stabilliyin davam edəcəyinə inanırsız?
- Onu ancaq Allah bilir. Biz oyundan-oyuna öz işimizə köklənirik. İndi nəsə deyə bilmərəm. Bunu zaman göstərəcək. Bizim möhtəşəm komandamız var. Çox xoşbəxtəm ki, bu cür heyətlə çalışıram. Bu komandanın böyük potensialı var.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR