son dəqiqə SON DƏQİQƏ
Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı "Azərbaycanda klub səviyyəsindəki nəticələr milli səviyyəsində yoxdur" Milli komandamızın futbolçuları və məşqçilər tələbələrlə görüş keçirib

Zaur Həşimov: “Artıq neçənci oyundur ki…”

Bölmə adı Şəfa
Yayımlandı 14-09-2026, 21:52

"Şəfa" Misli Premyer Liqasının 5-ci turunda "Sabah"a 0:3 hesabı ilə məğlub olub.

Sport1.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Zaur Həşimov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"İlk qolu buraxana qədər oyundan razı idim. Daha çox top bizdə qalırdı, hücumlar qururduq. Əlbəttə ki, rəqibin gücünü nəzərə alırıq. Çox yaxşı komandaya qarşı oynadıq. 4 gün əvvəl "Mançester Yunayted"lə oynayan komandadır. Düşünürəm ki, "Sabah"a qarşı layiqli mübarizə apardıq. Sadəcə olaraq buraxdığımız qollar məni məyus edir. Artıq neçənci oyundur ki, öz səhvlərimizdən belə qollar buraxırıq. Ümumən komandamdan razı qaldım. "Şəfa" oyunu ilə çempionata rəng qata bilib. Gələcəkdə daha yaxşı oynayacağımızı düşünürəm".

- "Şəfa" ən çox qul buraxan və ən az qol vuran iki komandadan biridir. Bu məqam sizi narahat edir?
- Əlbəttə narahat edir. Çempionluğa oynayan komandalardan daha çox qol buraxmışıq. Bununla barışmırıq. Bu rəqiblərə qarşı tədbir görməliyik.

- Qapıçı Nicat Mehbalıyev səhvlərə yol verir. Onunla fərdi söhbət aparmağı planlaşdırırsız?
- Nicat bizim futbolçumuzdur. O, bilir ki, digər qapıçılarla rəqabət olacaq. Bu, Nicatı cəzalandırmaq üçün deyil.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR