SON DƏQİQƏ
“Neftçi”də ayrılıq yaşanıb.
Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda ilə Elvin Camalov arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
29 yaşlı yarımmüdafiəçi 2025-ci ilin yanvarında “Neftçi”yə transfer olunub.
Camalov bu müddətdə Bakı klubunun heyətində 29 rəsmi oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.