"Neftçi" Emil Səfərovla müqavilənin müddətini yeniləyib.
Sport1.az xəbər verir ki, "ağ-qaralar" 23 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalayıb.
Emil paytaxt təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla ümumilikdə 50 oyuna çıxıb, 3 qol vurub və 5 məhsuldar ötürmə edib.