"Sabah" Çempionlar Liqasının təsnifat mərhələsindən mübarizəyə başlayıb əsas raunda vəsiqə qazanan 5-ci gənc klub kimi tarixə düşüb.
Sport1.az xəbər verir ki, zirvədə "Kopenhagen" (Danimarka) qərarlaşıb.
Siyahıda "Başakşehir" (Türkiyə), "Astana" (Qazaxıstan), "Leyptsiq" (Almaniya) klubları da yer alıb.
9 il öncə yaradılan "bayquşlar" qitənin birinci dərəcəli klub turnirinin Liqa mərhələsinin ilk matçında "Mançester Yunayted"ə uduzub - 0:4.