"Sabah" tarixində ilk dəfə vəsiqə qazandığı UEFA Çempionlar Liqasının Liqa mərhələsində unikal göstəriciyə imza atıb.
Sport1.az xəbər verir ki, "bayquşlar" əsas raundun 1-ci turunda səfərdə "Mançester Yunayted"ə qarşı meydana çıxardığı "11-lik"lə turnirin rekordunu müəyyənləşdirib.
"Sabah"ın əsas heyətində 11 fərqli milliyyətdən futbolçu yer alıb:
Stas Pokatilov (Qazaxıstan), Timoteuş Puxaç (Polşa), Rəhman Daşdəmirov (Azərbaycan), Eyden Makkarti (Cənubi Afrika Respublikası), Akim Zedadka (Əlcəzair), İvan Lepinitsa (Xorvatiya), Umarali Rahmonaliyev (Özbəkistan), Velko Simiç (Serbiya), Kahim Parris (Yamayka), Kristian Nvaçukvu (Nigeriya), Coy-Lens Mikkels (Ruanda).
"Sabah"ın hazırkı heyətində ümumilikdə 16 fərqli milliyyətdən futbolçu var.
Xatırladaq ki, "Mançester Yunayted" - "Sabah" oyunu təmsilçimizin məğlubiyyəti ilə başa çatıb - 4:0.