SON DƏQİQƏ
“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.
Sport1.az xəbər verir ki, komanda son olaraq “Sumqayıt”ın formasını geyinən Aleksa Yankoviçlə anlaşıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Serbiyalı yarımmüdafiəçi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu karyerası ərzində vətənində "Partizan", "Çukariçki", "Vozdovaç" klublarında çıxış edib.