“Liverpul”un ulduzu 6 klubun transfer hədəfində

Bölmə adı İngiltərə
Yayımlandı 30-04-2025, 23:00

“Liverpul”un ulduzu 6 klubun transfer hədəfində yer alıb.

Sport1.az xəbər verir ki, Diaqo Jota İngiltərə və Səudiyyə Ərəbistanı komandalarının diqqət mərkəzinə düşüb. Bu barədə “Caught Offside” məlumat yayıb.

“Vulverhempton”, “Nyukasl”, “Aston Villa”, “Əl-İttihad”, “Əl-Nəsr” və “Əl-Hilal” futbolçunu heyətinə qatmağı planlaşdırır.

“Qırmızılar” portuqaliyalı oyunçu üçün 50-55 milyon avro vəsait tələb edir.

Müəllif: Sport1.az