son dəqiqə SON DƏQİQƏ
Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı "Azərbaycanda klub səviyyəsindəki nəticələr milli səviyyəsində yoxdur" Milli komandamızın futbolçuları və məşqçilər tələbələrlə görüş keçirib

"Qəbələ"nin baş məşqçi ilə bağlı gizli planı - ÖZƏL

Bölmə adı Qəbələ / Manşet
Yayımlandı 10-09-2026, 12:38

2026/27 mövsümünə baş məşqçi Kaxaber Tsxadadze ilə başlayan "Qəbələ" avqustun 31-i gürcüstanlı mütəxəssislə vidalaşdığını açıqladı.

Sport1.az-a daxil olan məlumata görə, bu vəzifəni Asif Məmmədovun icra etmək ehtimalı kifayət qədər yüksəkdir.

"Qırmızı-qaralar" Misli Premyer Liqasının 11-ci turunun "Kəpəz"lə görüşündə qələbə qazansa və büdcəyə uyğun əcnəbi məşqçi tapılmasa, komanda cari mövsümün sonuna qədər həmin mütəxəssisə tapşırılacaq.

Klubun prezidenti və rəhbərlik səviyyəsində olan şəxslər "Qəbələ"nin "İmişli" ilə oyunundan və nəticədən razı qalıb.

Komanda həmin matça məşqçi Amil Ağacanov və Miloş Yevtiçin rəhbərliyi altında çıxdı.

Asif Məmmədov hazırda "B" kateqoriyasına sahibdir.

Gənc mütəxəssis "A"nı aldığı an ictimaiyyətə "Qəbələ"nin baş məşqçisi kimi təqdim olunacaq.

Qısacası, yerli çalışdırıcılar arasında bu posta onun təyinat alması daha çox ehtimal olunur.

Bölgə təmsilçisinin məşqçilər korpusunda hazırda Manaf Kələntərli, Amil Ağacanov (qapıçı məşqçisi) və serbiyalı Miloş Yevtiç (fiziki hazırlıq üzrə) yer alır.

Müəllif: Rövşən Əlisoy
OXŞAR XƏBƏRLƏR