"Sabah"ın yeni transferi Karlos Eduardo klubun mətbuat xidmətinə açıqlama verib.
Sport1.az xəbər verir ki, braziliyalı "bayquşlar"a keçidi ilə bağlı bu sözləri deyib:
"Mən də bu ailənin bir parçasıyam. Burada olduğum üçün çox xoşbəxtəm və bu forma ilə ilk oyunuma çıxacağım anı səbirsizliklə gözləyirəm".
Masazır təmsilçisi Eduardonu Portuqaliyanın "Jil Visente" klubundan icarəyə götürüb.
Karlos karyerası ərzində Braziliyanın "Bruske" (2020), Portuqaliyanın "Nasional" (U-19, 2020-2021), "Maritimu"nun B və əsas komandalarında (2021-2024), "Felqeyraş"da (2024-2025) çıxış edib.