"Araz-Naxçıvan"ın hücumçusu Sudi Abdallah Burundi millisinə çağırılıb.
Sport1.az xəbər verir ki, futbolçu ölkəsinin yığmasının sentyabrın 25-də səfərdə Toqo, 29-da doğma meydanda Əlcəzairlə keçirəcəyi oyunlar üçün açıqlanan heyətinə daxil edilib.
Forvard sentyabrın 21-dən oktyabrın 6-dək millinin düşərgəsində olacaq.