Abdullah Zubirin "Əl Oruba" klubuna transferində əngəl yaranıb.
Sport1.az xəbər verir ki, 34 yaşlı futbolçunun Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsi yerli liqa tərəfindən qəbul edilməyib.
Buna səbəb "Əl Oruba"nın maliyyə təminatı ilə bağlı probleminin olmasıdır.
Xatırladaq ki, Zubirə azad agent statusu verilib.