son dəqiqə SON DƏQİQƏ
Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı "Azərbaycanda klub səviyyəsindəki nəticələr milli səviyyəsində yoxdur" Milli komandamızın futbolçuları və məşqçilər tələbələrlə görüş keçirib

Bağban işləmiş, qəzet paylamış, təmir işləri görmüş Dambrauskas

Bölmə adı Sabah / Manşet
Yayımlandı 8-09-2026, 13:57

"Tuneldən keçib həmin meydana çıxmaq… Bu, təsəvvürümün belə fövqündədir. Dəfələrlə uşaqlarla birlikdə "Old Trafford"da olmuşam. İndi isə ora məşqçi kimi gedəcəyəm".

Sport1.az xəbər verir ki, bu sözləri "BBC Sport"a açıqlamasında "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas deyib.

Litvalı mütəxəssis Çempionlar Liqasının Liqa mərhələsinin ilk turunda "Mançester Yunayted"ə qarşı keçiriləcək səfər görüşü barədə fikirlərini bildirib. O, "Kim milyonçu olmaq istəyir?" televiziya şousunda qazandığı 725 funt-sterlinqlik pulla düz 20 il əvvəl İngiltərəyə yollanıb və məşqçiliyin sirlərini ilk orada öyrənib:

"Bu, çox uzun illər əvvəl olub. Keçmişdən qalan, əslində çoxdan unudulmuş bir hekayədir. İndi isə birdən-birə hamı bundan danışır. Həmin vaxt planım hansısa yolla məşqçilik kurslarına getmək, məşqçi lisenziyası almaq, bəlkə də bir gün Litvaya qayıdaraq futbol məşqçisi kimi işləməyə başlamaq idi.

Mümkün olan bütün kurslara, konfranslara, London Futbol Məşqçiləri Assosiasiyasının görüşlərinə gedirdim. Harada məlumat, bilik, əlavə diplom və ya yeni kurs əldə etmək imkanı var idisə, ora gedirdim. Bu, mənim üçün çox vacib idi və yaranan fürsətlərdən istifadə etdim".

Onun peşəkar klubdakı ilk işi 2004-cü ildə "Manchester United Soccer Schools"da olub. Dambrauskas 5 il ərzində Böyük Britaniya və Avropada təşkil olunan düşərgələrdə məşqçi kimi çalışdığını deyib:

"Bu, həyatımda baş verə biləcək ən yaxşı şey idi. Üç-dörd müsahibədən keçdim. Mənə bu şansı verdiyi üçün fondun baş icraçı direktoru Con Şilsə ömür boyu minnətdar olacağam. Çünki həmin vaxt mənim təcrübəm yox idi. "Manchester United Soccer Schools"da tanış olduğum qədər çox sayda böyük şəxsiyyətin olduğu başqa bir mühitdə heç vaxt olmamışdım".

"Fulhem"də qısa müddət çalışdıqdan sonra Dambrauskas "Brentford"a keçib. O, karyerasına ən böyük təsir göstərən şəxslərdən biri kimi klubun akademiya direktoru Ose Aibangeeni göstərib. Bütün bunlarla yanaşı, Dambrauskas ailə həyatı ilə işi bir arada aparır, dolanışığını təmin etmək üçün eyni vaxtda bir neçə işdə çalışırmış:

"Bağban işləyirdim, müxtəlif xırda təmir işləri görürdüm. Əvvəllər qəzet də paylayırdım, həmçinin bir pubda döşəmələri cilalayırdım. Çoxlu işlərim var idi. Pərakəndə satış sahəsində işləyirdim, daha sonra idman inkişafı üzrə mütəxəssis, ardınca isə idman inkişafı meneceri oldum. Mərkəzi YMCA-da da çalışırdım. İki, üç, bəzən isə dörd işdə çalışırdım.

Çempionlar Liqasına çıxmaq təsəvvür belə edə bilməyəcəyimiz bir şeydir. Biz heç vaxt Konfrans Liqasına, Avropa Liqasına vəsiqə qazanmamışıq. Heç bir turnirdə ardıcıl olaraq ikidən çox mərhələ keçməmişdik. İndi isə birdən-birə buradayıq".

"Sabah"ın baş məşqçisi Liqa mərhələsinin püşkünü də dəyərləndirib:

"Bu, çox çətin püşk ola bilər. Amma eyni zamanda "Sabah"ın püşkü də ola bilər. Bunun üçün xəyal qurursan - bu turnirdə oynamaq, həmin komandalarla qarşılaşmaq. İndi isə bacardığını göstərmək, bunun öhdəsindən gəlməyin yolunu tapmaq və rəqabət aparmaq vaxtıdır. Biz də bunu etməyə çalışacağıq. Yaxşı, ambisiyalı komandamız var. Özlərini göstərmək üçün böyük həvəsə malik, ac və motivasiyalı futbolçulara sahibik".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR