AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sport1.az xəbər verir ki, Misli Premyer Liqasının 4-cü turunun oyunlarında futbolçuları sarı vərəqə limitini pozan 4 klub ümumilikdə 2800 manat cərimələnib.
"Kəpəz" - "Şamaxı" matçında gəncəlilərin 6, qonaqların 4 futbolçusu sarı vərəqə aldığı üçün hər iki klub 700 manat ziyana düşüb.
"Turan Tovuz" - "Sumqayıt" görüşündə meydan sahiblərinin 5, sumqayıtlıların 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klublara 700 manat cərimə kəsilib.