Misli Premyer Liqasının 2026/27 mövsümündə tamaşaçı rekordu yenilənib.
Sport1.az xəbər verir ki, bu, 4-cü turun "Kəpəz" - "Şamaxı" matçında qeydə alınıb.
Gəncə şəhər stadionundakı matçı 15000 tamaşaçı izləyib.
Ötən tur qeydə alınan əvvəlki rekord 13500-ə bərabər idi. Eyni arenada baş tutan "Kəpəz" - "Turan Tovuz" qarşılaşmasına təsadüf etmişdi.
"Kəpəz" "Şamaxı" ilə görüşdə 1:4 hesabı ilə məğlub olub.