Azərbaycan futbolunda ağır itki üz verib.
Sport1.az xəbər verir ki, "Kəpəz"in veteran futbolçusu Mehman Hacıyev vəfat edib.
52 yaşında dünyasını dəyişən Hacıyev "sarı-göylər"in tarixi uğurlarında böyük pay sahiblərindən biri olub.
O, "Kəpəz"in heyətində iki dəfə Azərbaycan çempionu titulunu, eləcə də ölkə kubokunu qazanıb.
Mehman Hacıyev peşəkar futbolçu karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyəti göstərib.
O, öncə “Kəpəz”in əvəzedicilərdən ibarət kollektivində (2010-2013-cü illər), daha sonra isə əsas komandada çalışıb.