Misli Premyer Liqasının 4-cü turunda 26 qol vurulub.
Sport1.az xəbər verir ki, turda orta məhsuldarlıq 4,33-ə bərabər olub.
Bu, təkcə cari deyil, son 6 mövsümün rekordudur.
Daha yüksək göstərici sonuncu dəfə 2020/21 mövsümündə qeydə alınıb.
2020-ci il noyabrın 21-23-də keçirilən 10-cu turun 4 qarşılaşmasında 19 qol vurulub.
Orta məhsuldarlıq 4,75-ə bərabər olub.
Ümumi qol sayında isə bu göstərici son 21 mövsümün rekordudur.
2005/06 mövsümünün 26-cı turunda 27 qol vurulub.
2006-cı il mayın 29-30-da 7 görüşdə orta göstərici 3,86 olub.