"Sabah" Premyer Liqada 25-ci böyükhesablı qələbəsini qazanıb.
Sport1.az xəbər verir ki, bu, Misli Premyer Liqasının 4-cü turuna təsadüf edib.
Valdas Dambrauskasın komandası "Zirə"ni 5 cavabsız qolla üstələyib.
"Bayquşlar" evdə 16-cı, ümumilikdə 25-ci dəfə üç və ya daha çox top fərqi ilə qalib gəlib.
Bakı klubu ən azı 25 belə qələbəsi olan 11-ci komandadır.
"Sabah" ilk böyük hesablı qələbəsini 2019-cu il sentyabrın 29-da "Səbail" üzərində qazanıb - 3:0.